__NOTOC__ right|308x308px "Vətənə xidmətə görə" ordeni — 7 noyabr 2003-cü il tarixli 514-IIQ nömrəli Azərbaycan Qanunu ilə təsis edilmiş, üç dərəcədən ibarət olan ordendir. "Vətənə xidmətə görə" ordeni Azərbaycanın vətəndaşlarına Azərbaycana sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə, dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə, milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə verilir.

2004-cü ildən azı 83 nəfər 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 194 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 1820 nəfər isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Təsnifləndirmə Orden 2003-cü ildə təsis edilib, 2004-cü ildən təltifetmələr olsa da, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltifetmə yeddi il sonra — 2010-cu ildə qeydə alınıb. 9 mart 2010-cu ildə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu ordenlə təltif edildi.

1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən 80 nəfərdən cəmi 7-si qadındır. Bu dərəcə ilə təltif edilən birinci qadın idmançı Mariya Stadnikdi (2021-ci ildə).

19 aprel 2016-cı ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin Tabor Komandiri Vüqar Yusifov ölümündən sonra bu ordenlə təltif edilən birinci şəxs oldu. Ümumi olaraq 803 nəfər ölümündən sonra bu ordenlə təltif edilib.

14 nəfər "Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Bunlar generallar Bəylər Eyyubov, Nazim Məmmədov, Səfər Mehdiyev, Əsgər Abdullayev, Rza Həsənəliyev, Rəsul Tağıyev, Vüsal Novruzov, Rəfail Mirzəyev, İsmayıl Əkbərov, Rəşad Sadiqov, Füzuli Əsədov və Şahin Bağırov, həmçinin ictimai-siyasi xadim Novruzəli Aslanov və idmançı İlham Zəkiyevdir.

General Bəylər Eyyubovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi barədə sərəncam mövcud olsa da (2011-ci ilə aid), ordenin 2-ci və 3-cü dərəcələri ilə təltif edilməsi barədə Ədliyyə Nazirliyinin normativ-hüquqi sənədlərin vahid internet bazasında (e-qanun.az) məlumat yoxdur. Bununla belə Bəylər Eyyubovun vəzifə tutduğu Xüsusi Dövlət Mühafizə Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilən fotoda onun üzərində "Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi olduğu görünür.

Ordenin hər üç dərəcəsi ilə təltif edilən cüdoçu İlham Zəkiyev isə dərəcələri "Vətənə xidmətə görə" ordeninin statutunun 2-ci maddəsinə ("Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir) zidd olaraq alıb. O, 2021-ci ilin fevralın 3-cü dərəcə, 2021-ci ilin iyununda 1-ci dərəcə ilə təltif ediləndən sonra, 2024-cü ilin sentyabrında 2-ci dərəcə ilə təltif edilib.

Cəmi 2 nəfər — generallar Vəli Ələsgərov və Mövlam Şıxəliyev ordenlərdən məhrum ediliblər.

2000200120022003200420052006200720082009Cəmi—241516118562010201120122013201420152016201720182019Cəmi141830294661657178964582020202120222023202420252026202720282029Cəmi3841095653663868521522

Təltif edilənlərin tam siyahısı 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlərin siyahısı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlərin siyahısı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlərin siyahısı

Kazuslar Xarici işlər nazirinin müavini vəzifəsində çalışmış Mahmud Əhməd oğlu Məmməd-Quliyev 14 fevral 2019-cu ildə və 9 iyul 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bu da "Vətənə xidmətə görə" ordeninin statutunun pozulması halıdır.

Məhrum edilmiş şəxslər Azərbaycan Prezidenti İlham Əliyev 9 sentyabr 2016-cı il tarixli 2330 nömrəli Sərəncamı ilə Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Vəli Məmiş oğlu Ələsgərovun ağır cinayətlər törətdiyinə görə məhkum edilməsi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan MR Hərbi Məhkəməsinin təqdimatına əsasən Vəli Məmiş oğlu Ələsgərov general-leytenant ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenindən, "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medallarından məhrum edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev 23 iyul 2023-cü il tarixli 3984 nömrəli Sərəncamı ilə Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mövlam Məmmədismayıl oğlu Şixəliyevin ağır cinayətlər törətdiyinə görə məhkum edilməsi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatına əsasən Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenindən, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medallarından məhrum edilmişdi.

İstinadlar

* Kateqoriya:"Vətənə xidmətə görə" ordeni