Teymur Əbdüləli oğlu Hüseynov () — Azərbaycan SSR xalq torpaq komissarı, Yeni Türk Əlifba Komitəsi sədrinin müavini, Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri, "Yeni yol" qəzetinin baş redaktoru.

Həyatı Teymur Əbdüləli oğlu Hüseynov 1892-ci ildə Şamaxıda doğulmuşdur. 1911-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasından məzun olmuşdur. 1917–1919-cu illərdə Tiflis Aleksandr Müəllimlər İnistitutunda təhsil almışdır. Daha sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq 1926-cı ildə oradan məzun olmuşdur.

Represiyya məruz qalmışdır. 6 yanvar 1938-ci ildə ölmüşdür.

Siyasi fəaliyyəti 1926-cı ilədək Bakı Soveti İnzibati İdarə Şöbəsinin rəisi olaraq çalışmışdır. 15 may 1920-ci ildən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsində şöbə müdiri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində isə şöbə müdiri olaraq çalışmışdır.

Bir müddət Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsində çalışmışdır. Eyni zamanda o, Yeni Türk Əlifba Komitəsi sədrinin müavini də olmuşdur.

1920–1925-ci illərdə Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsində şöbə müdirinin müavini vəzifəsində də çalışmışdır.

İctimai fəaliyyəti Gürcüstan SSR və Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin mətbu orqanı olan "Yeni yol" qəzetinə bir müddət Teymur Hüseynov baş redaktorluq etmişdir.

Mənbə

İstinadlar

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər