Səfərəlibəyovlar — Azərbaycan xalqının soylarından biri.

Soyun yaranması Səfərəliyevlər nəslinin başçısı Səfərəli bəy köklü Bakılı olub. Pirşağının kəndxudası olan Səfərəli bəy yerli əhali arasında böyük nüfuza malik olub.

Səfərəli bəyin nəvəsi – Kövkəb xanımın ulu babası Hacıağa Hüseynqulu bəy Səfərəliyev çar II Nikolay tərəfindən "bəy" titulu almışdı. Hacıağa Hüseynqulu bəyin ailəsində 5 oğul böyümüşdü: İsmayıl bəy, Dadaş bəy, Ağa Rəhim bəy, İbrahim bəy və Tağı bəy.

Soyun tanınmış nümayəndələri Səfərəli bəy — Pirşağının kəndxudası Tağı bəy Səfərəlibəyov — mühəndis. İsmayıl bəy Səfərəliyev — məşhur Azərbaycan xeyriyyəçisi, milyonçu, Müsəlman Xeyriyyə Cəmiyyətinin türk hərbi əsirlərə nəzarət üzrə təyin edilmiş nümayəndəsi. Kamil bəy Səfərəliyev Kövkəb Səfərəliyeva — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı (1972), Azərbaycan SSR xalq artisti (1972).

İstinadlar

Həmçinin bax