Balerinanın yaranması qısametrajlı sənədli filmi rejissor Sona Əlibəyova tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə gənc balerinalar-Rəna, onun rəfiqələri Cəmilə və İranın istedadının çiçəklənməsindən söhbət gedir.
Məzmun Filmdə gənc balerinalar-Rəna, onun rəfiqələri Cəmilə və İranın istedadının çiçəklənməsindən söhbət gedir. Biz onların Bakıdakı Xoreoqrafiya məktəbində bu sənətin incəliklərinə necə yiyələnmələrinin şahidi oluruq.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 146
İxtisas üzrə yuxarı sinif şagirdlərinin pedaqoqu olan Leyla Vəkilova öz şagirdlərinin məşqlərini diqqətlə izləyir. Onun qeyri-adi, ifadəli "əlləri danışır", uşaqlara nəyi isə başa salır.
Bu qızlara və oğlanlara baxarkən inanırsan ki, Azərbaycan baletinin sabahı etibarlı əllərdədir.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Sona Əlibəyova Rejissor: Sona Əlibəyova Operator: Nəriman Şıxəliyev
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1972-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1972-ci ilin filmləri Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri