Assassin's Creed () — Ubisoft Montreal şirkəti tərəfindən Döyüş-Macəra janrında yaradılan videooyun. Assassin's Creed oyun seriyasının ilk oyunu. 2007-ci ilin noyabr ayında PlayStation və 3 və Xbox 360 platformaları üçün versiya satışa çıxarılmışdır. 6 mart 2008-ci ildə oyunun PC versiyası satışa çıxarıldı. Assassin's Creed Oyun seriyasının birinci bölümüdür.

5 fevral 2008-ci ildə Nintendo DS üçün nəzərdə tutulmuş Assassin's Creed: Altair's Chronicles satışa çıxarılır. 8 aprel 2008-ci ildə isə PC üçün yeni versiya Assassin's Creed Director’s Cut Edition. çıxdı.

2009-cu ildə Beynəlxalq E3 sərgisində PSP üçün nəzərdə tutulmuş Assassin's Creed: Bloodlines oyunu anons edildi.

Məzmun Oyun eyni zamanda yaxın gələcəkdə (2012-ci il) və orta əsrlərdə (1191-ci il) baş verir. Gələcəkdə oyunun baş qəhrəmanı Dezmond Mayls olur. Adi barmen "Abstergo" şirkəti tərəfindən oğurlanır və yatızdırılır. "Abstergo" şirkətində olan məlumata əsasən Dezmond Mayls qədim Asasinlər soyundan sonuncudur. "Abstergo" şirkətinin yaratdıqı "Animus" insanların genetik yaddaşını oxuyur, və əcdadlarının gördüyü hər şeyi görür. Dezmond oyananda artıq "Animus"-un içində olur və əcdadı Əltair ibn La-Əhəd-in həyatını görür.

Əltair ibn La-Əhəd — Qatil, Assassinlər qardaşlıqının ən sayılan qatillərindən biri. Oyun başlayanda Əltair və daha 2 asasinə Qüdsdə yerləşən məazarlıqda olan qədim artefatkı tapmaq əmri verilir. Məzarlıqda o Asasinlərin düşmanı Xaç Yürüşünün iştirakçıları olan "Tampliyer"-lərlə rastlaşır və olara hücüm edir. Əltairin səhvi nəticəsində Asasinlər əmri yerinə yetirə bilmirlər və Assasinlərin biri həlak olur digəri isə bir qolun itirir.

Əltair Asasinlər qardaşlıqının yerləşdiyi masiaf şəhərinə gəlir və Asasinlər Qardaşlıqının başqanı Əl-Müəllim ilə görüşür. Əmri yerinə yetirə bilmədiyi, özbaşnalıqı nəticəsinində artefaktı itirdiyi, bir asasinin ölümü digərinin isə yaralanmasına və asasinlər kodeksinə riayət etmədiyi üçün Əltair qardaşlıqda əldə etdiyi bütün nailiyyətlər sıfıra endirilir. Nəticədə Əltair Qardaşlıqda öz fəaliyyətini yenidən, sıfırdan başlayır.

Əl-Müəllimin verdiyi bütün əmrləri yerinə yetirir, 9 tampliyeri məhv edir və sonda isə artefaktı "Adəm Alması"-nı əla keçirir. Onu Əl-Müəllimə çatdırır. Birqədər sonrə Əltair yenidən Masiafa qayıdanda şəhəri dağılmış görür. İnsanlar öz evlərin tərk edirlər şəhərdə döyüşlər gedir, məlum olurki Əl-Müəllim qardaşlıqı satır və "Adəm Alması"-nı özü üçün istifadə edir və Asasinləri özünə tabe edir (Artefaktın xüsusiyyətlərindən biri insanları özünə tabe etmək bacarıqıdır). Tabe olunmuş bütün asasinləri öldürəndən sonra Əltair Əl-Müəllim ilə döyüşür, döyüş zamanı Əl-Müəllim artefaktdan istifadə etsə də, sonda məğlub olur.

Qəhramanlar

1191 Asasinlər Əltair ibn La-Əhəd — Asasinlər qardaşlığının ən sayılan qatillərindən biri, Dezmond Maylsın əcdadı, Keçmişdə baş verən hissənin baş qəhrəmanı Əl-Müəllim — Asasinlər qardaşlığının başçısı asasinlərin həmçinin Əl-Tahirin müəllimi. Malik Əs-Seyf — Asasin, Qüdsdəki Asasinlər bürosunun başqanı

Tampliyerlər Rober de Sable — Tampliyerlərin maqistrı, diplomat və sərkərdə Tamir — Dəməşqdən olan tacir, qaçaqmalçılıq yolu ilə xaç yürüşü iştirakçıların və Tampliyerləri silahlarla təmin edir Təlal — Qüdslü quldar Qarnye de Napluz — Akra şəhərindən olan Həkim-manyak Əbu Əl Nukvod — Dəməşqdən olan varlı tacir Məcdəddin — Qüdsün hökmdarı Vilyam de Monferrat Cübair Əl-Hakim — Dəməşqli alim Sibrand

2012

Asasinlər Dezmond Mayls — Barmen, Əcdadı Əltairin həyatı ilə maraqlanan "Abstergo" şirkəti tərəfindən oğurlanır. Lüsi Stilman — "Abstergo" şirkətində gizli işləyən asasin

Tampliyerlər Uorren Vidik — "Abstergo" şirkətinin əməkdaşı Alan Rikkin

Rollarda Qəhrəman İngilis dilində səsləndirənƏltair ibn La-ƏhədFilip ŞahbazDezmond MaylsNolan NortLüsi StilmanKristen BelUorren ViddikFillip ProktorƏl-MüəllimPiter RenedeyMalik Əs-SəyfXəz SüleymanRafiq, Akradaki büronun rəhbəriAlen BenatarRafiq Dəməşqdəki büronun rəhbəriKarlos FerroRober de SableJan Filipp DandenodTamirAmmar DaresehQarnye De NapluzHubert FildenTəlalCeyk EberliUilyam de MonferratHarri StancovskiI RiçardMarsel JeninCübair Əl-HakimFred TataskioreƏbu-Əl-NukvodFred TataskioreMəcdəddinRiçard HeyvortSibrəndArtur HoldenMariyaEleanor Nobl"Animus"-un səsiCenifer Siqven

Silahlar Oyunda Əltairin istifadə edə biləcəyi 4 silah növü var: Uzun Qılınc Qısa Qılınc Xəncər(lər) Gizlədilmiş bıçaq

Davamı 16 aprel 2009-cu ildə Assassin's Creed II nin anonsu olur, daha sonra 2010-cu ilin payızında Assassin's Creed: Bortherhood oyunu çıxır. 15 noyabr 2011-ci ildə isə Assassin's Creed: Revelations oyunun çıxışı gözlənilir

Mənbə Assassins creed oyun seriyalarının rəsmi saytı Süjet Silahlar

Kateqoriya:Assassin's Creed Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Kanada videooyunları Kateqoriya:Fransa videooyunları Kateqoriya:2007-ci ilin videooyunları Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Hadisələrin İtaliyada cərəyan etdiyi videooyunlar Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Hadisələrin Suriyada cərəyan etdiyi videooyunlar Kateqoriya:Android videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:2008-ci ilin videooyunları Kateqoriya:Xbox One X enhanced videooyunları