Kart oyunçuları () — Fransız boyakarı Pol Sezannın məşhur əsərlərindən biridir. Əsər Böyük Britaniyanın London şəhərində yerləşən Kortold İnstitutu Qalereyasında saxlanılır.

Bu seriyadan Pol Sezann 1890–1895-ci illər arasında 5 rəsm çəkmişdir. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız 1 əsər şəxsi kolleksiyadadır. Həmin əsər bu seriyanın ən tutqunu sayılır. Rəsmin əvvəlki sahibi yunan milyarder George Embiricos idi. O, həmin əsəri 2011-ci ilin qışında — ölümündən bir az öncə satışa çıxarmışdır. Qətər əmirliyi bu əsəri 250 milyon dollara almışdır ki, bu da indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılırBunu 250 milyona satdılar — Foto. .

İstinadlar

Həmçinin bax Pol Sezann Postimpressionizm

Kateqoriya:Pol Sezanın rəsm əsərləri Kateqoriya:1892-ci ildə yarananlar Kateqoriya:Orse muzeyinin kolleksiyasındakı rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:1890-cı illərin rəsm əsərləri