Kiçik böyük əsgər () — 2010-cu ildə çəkilən döyüş və komediya filmi. Filmin rejissoru Ding Şenqdir və filmin ssenarisi Ceki Çan. Filmdə baş rolda Ceki Çan və Leehom Vang çəkilmişdir. Film US$25 milyon büdcə ilə 2009-un yanvar ayında çəkilişlərə başladı və film 2009-un aprel ayında Çinə filmin yarısınıda çəkmək üçün getdi.

Məzmun Çində müharibələr gedirdi. Milyonlarla əsgər öımüşdü, müharibədə iki yol var ya öldür, ya da öldürülən ol. Liang (qədim Çin dövləti) Vei (qədim Çin dövləti) — yin batalyonu ilə toqquşdu. Müharibədə hər kəs öldü, iki nəfərdən başqa. Liangdan quru qoşunlarının əsgəri və Veidən rəqib general. Lianglı əsgər sağ qaldı, çünki o, ölü rolunu oynamaqda usta idi, onun üzərində əslində ölü olan əqrəb var idi və bu onu həqiqi ölüyə oxşatmaq üçün idi. Əsgər meyitlərin arasından keçəndə Generalın sağ olduğunu gördü və onda o fikirləşdi ki, əgər Generalı sağ Lianga aparsa ona mükafat kimi əsgər öhtəliyindən azad olması və onun evi qaytarıla bilər. Baxmayaraq ki, General onun düşməni və əsiri idi əsgər onunla yaxşı rəftar edirdi. Onları qarşıda uzun yol gözləyirdi.

Rollarda Ceki Çan — Kiçik əsgər Leehom Vanq — Böyük General Yu Rongguang — General Yu-nun müavini Ken Lo — Mühafizəçi Yong Lin Peng — Şəhavi müğənni Steve Yoo — Şahzadə Ven Xiao Dong Mei — Lou Fan Yan Song Jin — Lou Fan Vei Du Yuming — Mühafizəçi Vu Yuen Voo-ping — Liang official

Kateqoriya:Bədii filmlər Kateqoriya:Döyüş filmləri Kateqoriya:Çin filmləri Kateqoriya:Honkonq filmləri Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:Çinin döyüş filmləri Kateqoriya:Çinin komediya filmləri Kateqoriya:Dinq Şenin rejissorluq etdiyi filmlər Kateqoriya:Mandarin dilində filmlər Kateqoriya:Döyüş komediya filmləri Kateqoriya:2010-cu illərin komediya macəra filmləri Kateqoriya:Honkonqun döyüş filmləri Kateqoriya:Döyüş incəsənət filmləri