Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani (1851"Pərvanə kimi yandı könül narə desinlər…" — ANL.az-1917"Unudulmayanlar" layihəsində xanəndə Mirzə Məhəmmədhəsən yad edilib — Medeniyyet.az) — Azərbaycan xanəndəsi və şairi.

Şirvanın tanınmış el sənətkarlarından biri olan tanınmış xanəndə Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə XIX əsrin ortalarında Şamaxıda dünyaya gəlmiş, yaşayıb-yaratmışdır. Şamaxının Sarıtorpaq məhəlləsində dünyaya gəlmişdi. Mirzə Məhəmmədhəsən şamaxılı mesenat Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərində püxtələşmiş, dövrünün məşhur xanəndələrindən biri kimi tanınmışdı. Şamaxı torpağının yetirməsi olan bu məşhur xanəndənin 1916-cı ildə "Nalə" adlı şeirlər kitabı nəşr olunmuşdur. Mirzə Məhəmmədhəsən "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifi olmuşdur. "Hümayun", "Şur", "Şüştər" və "Rast" muğamlarını, xüsusilə "Mənsuriyyə" zərbi-muğamını el şənliklərində, məclislərində böyük ustalıqla oxuyan xanəndənin ifa tərzinin öz yeri, öz gözəlliyi var idi.

İstinadlar

Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Xanəndələr Kateqoriya:Azərbaycan dilində yazan şairlər