Fransa vergi sisteminin ümumi xüsusiyyətləri

Ərazisi – 674,8 min km²; Əhalisi – 65,1 milyon nəfər; ÜDM – 1,83 trln. dollar; Adambaşına düşən ÜDM – 29316 dollar.

Fransanın vergi sistemi son illərdə formalaşmış, ölkənin tarixi və mədəni xüsusiyyətlərini, özünəməxsus vergi və yığımların məcmusunu özündə əks etdirir. Hazıda vergi və yığımlar, onların tətbiqi stabilliyə malikdir. Vergi dərəcələrinə ölkənin iqtisdi vəziyyəti və sosial-iqtisadi siyasəti nəzərə alinmaqla vaxtaşırı yenidən baxılır. Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasinda əsas mənbəə olmaqla büdcə gəlirinin 90 faizini təşkil edir. Fransanın vergi sisteminin əsasini təşkil edən prinsiplər aşağıdakılardır: sistemlilik (parlament tərəfindən vergilərin idarə edilməsi sahəsində ciddi mərkəzləşdirilmiş bazanın mövcudluğu, müvafiq olaraq vergilərin geniş qanunvericilik əsasına malik olması, daxildə vergilərin bir-biri ilə qarşılıqlı əlaqəsi, ikiqat vergitutmanin istisna edilməsi); vergi sisteminin elastikliyi (illik vergi dərəcələrinin dəqiqləşdirilməsi imkanının təmin edilməsi və parlamentin dövlət büdcəsi haqqında qəbul etdiyi illik qanunlara əsasən siyasi və iqtisadi konyukturanın dəyişiklikləri nəzərə alınmaqla vergi siyasətinin həyata keçirilməsi); vergi sisteminin sosial istiqaməti (ölkənin sosial və iqtisadi inkişafının stimullaşdırılması bir sıra faktorlarla belə ki, inkişaf tempi, iqtisadiyyatın sahələrinin maliyyə vəziyyəti, işsizlik və infilyasiya dərəcəsi, regionun iqtisadi inkişafının tarazlaşdırılması faktorları ilə bağlı olması).

Fransanın vergi sistemində aşkar üstünlük fiskal funksiyaya məxsusdur. Fransanin əsas vergi növlərini dolayı, birbaşa vergilər və gerb yığımları təşkil edir. Qeyd olunmalıdır ki, dolayı vergilər üstunlük təşkil edir. Dolayı vergilərin 50 faizini əlavə dəyər vergisi (ƏDV) təşkil edir. Bütövlükdə yerli vergilər ümumi vergi yükünün 30 faizini, bunlar da yerli büdcənin 40 faizini təşkil edir. Mərkəzi büdcəyə gaxil olan yerli vergilər və müvafiq digər vergilər üzrə ciddi bölgü mövcuddur. Bunu sxem 9.1-dən aydın görmək olar. Fransanın vergi sisteminin fərqləndirici cəhətlərinə təhsilə yönəlmiş xərclərin (yatırımların) artımının stimullaşdırılması, vergi avuarı, əmlakın yenidən satışından vergi tutmalar aiddir. Vergi avuarı özundə səhm sahiblərdən ikiqat vergitutmanın konpensasiyasını əks etdirir, Burada səhm sahibi olan fiziki şəxslərin əldə etdiyi dividentlərdən (gəlirlərindən) gəlir vergisinin, eyni zamanda hüquqi səxs kimi səhmdar cəmiyyətlərin mənfəət vergisinin ödənilməsi nəzərdə tutulur. Vergi avuarinin məbləği böluşdürülmüş dividentlərin yarısına bərabərdir.

Elm sahəsinə yönəldilən investisiyaların artımının stimullaşdırılması. Stimullaşdırma məqsədilə Elmi Tədqiqat və Təcrübə Konstruksiya İşlərinə (ETTKİ-yə) yönəldilən yatrımların illik artımına 50 faizi miqdarında vergi krediti nəzərdə tutur. Elm sahəsinə yönəldilən investisiyaların aşağı düşməsi zamanı vergi azalan məblğə görə 50faiz artır. Bu sistemin çatışmazlığı ondan ibarətdir ki, obyektiv səbəblərdən ETTKİ-yə yönəldilən investisiyaların azalması gəlirin itkisi riskini reallaşdırır.

Əmlakın yenidən satışından yaranan gəlirlərdən vergi tutmalar. Satiş və alış qiymətləri arasındakı fərq vergitutma bazasını təşkil edir. Ona iki müxtəlif vergi dərəcəsi tətbiq olunur: 42%, əgər satış aktı sahibliyin iki ili ərzində baş veribsə; 15%, əgər satış aktı sahibliyin iki ildən sonrakı dövründə baş veribsə.

Fransada vergilər qarşılıqlı vəhdət halında bütöv bir sistem olub ikiqat vergitutmadan mühafizə mexanizminə malikdir. Yerli orqanlar bu sahədə kifayət qədər geniş imkanlara malik olsalar da, bir sıra məhdudlaşdırıcı şərtlərin olması istisna edilmir. Son illərdə vergi gərəcələrinin aşağı düşməsi, eyni zamanda güzəşt və imtiyazların ləğv edilməsi hesabına vergitutma bazasının genişləndirilməsi ənənəsi müşahidə olunur.

Dolayı vergilər Büdcə sisteminin əsas həlqəsini əlavə dəyər vergisi (ƏDV) təşkil edir. ƏDV bütun vergi daxilolmalarının 45%-ni təşkil edir. ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur. 19,6% — bütün növ əmtəə və xidmətlərə tətbiq edilən normal dərəcə; 22% — bəzək əşyalarına, maşınlara, alkoqollu içkilərə, tütünə müəyyən hədd daxilində tətbiq edilən dərəcə dərəcə; 7% — mədəni mallara (kitab) tətbiq edilən ixtisar edilmiş dərəcə; 5,5% — ilkin zəruri ehtiyac düyulan mal və xidmətlərə (qida, alkoqollu içkilər və şokolad istisna olmaqla, tibb preparatları, yaşayış sahəsi, nəqliyyat) tətbiq edilən dərəcə. ƏDV-dən azad olunan fəaliyyət növləri aşağıdakı cədvəldə verilmişdir. ƏDV-dən azad olunan fəaliyyət növləri

Tibb və tibbi xidmət Təhsil Hər növ sığorta, lotereya, kazino İctimai və xeyriyyə xarakterli fəaliyyət

Fransada müxtəlif fəaliyyət növləri vardir ki, orada gəlir vergisi ilə ƏDV arasında seçim imkanı (hüququ) nəzərdə tutulmuşdur: 1. İqtisadi fəaliyyətin hər hansı bir növü üçün binanın icarəyə verilməsi; 4. Maliyyə və bank işi; 5. Ədəbiyyat, idman, incəsənət (artislik) fəaliyyəti, bələdiyyə təsərrüfatı. ƏDV büdcəyə bəyənnamə əsasında hər ay ödənilir. Müəssisələr vergi idarəsinə bəyənnaməni və vergi ödənişi üzrə qəbzi təqdim edirlər. Mal dövriyyəsindən asılı olaraq ƏDV-nin rüblük və illik ödənişi mövcuddur. İxracla bağlı konpensasiyaların ödənişi ayliq həyata keçirilir. Qalan digər fəaliyyət növləri üçün ödəniş rüblər üzrə nəzərdə tutulmuşdur. Əgər müəssisənin mal dövriyyəsi ən azı 300 000 avro təşkil edirsə bu zaman ƏDV ödənilir. Deməli müəssisələr daimi olaraq büdcəyə vəsait ödəyirlər. Əgər ƏDV-nin məbləği 1350 avrodan az olarsa onda bu müəssisələr onu ödəməkdən azad olunur. ƏDV-nin məbləği 20 000 avrodan az olan kiçik sənətkarlara (sənətkarlıq işlərinə görə) güzəştlər tətbiq edilir. ƏDV üzrə imtiyazları investisiya qoyan müəssisələr əldə edir. Bunun mahiyyəti ondan içarətdir ki, investisiyaya yönəldilən məbləğ ƏDV hesablanan məbləğdən çıxılır. ƏDV özündə istehlaka görə vergini əks etdirən bir sıra dolayı rüsumlar(və ya aksizlərlə) əlavə edilməklə tamamlanır. Onların bəziləri dövlət xeyrinə toplanır, qalanları isə yerli idarəetmə orqanlarının büdcəsinə köçürülür. Aksizli mallara (aksiz tutulan mallara) birinci növbədə alkaqollu içkilər, tütün məmulatları, kibrit, alışqan, qiyməli materiallardan hazırlanmış məmulatlar, şəkər və qənnadı məmulatları, pivə və mineral sular, avtomobil nəqliyyatının bəzi növləri, uçan aparatlar daxildir. ƏDV-dən başqa dolayı vergilər elektrik enerjisindən (yerli idarəetmə orqanlarının xeyrinə), televiziya reklamlarından da tutulur. Bir neçə sahələr üzrə, misal üçün təbiətin qoynunda yerləşən turist bazalarında xidmətlərə görə hakimiyyətin yerli orqanları tərəfindən turist yığımları tətbiq edilir.

Gömrük rüsumları. Tətbiq olunan istehlaka görə vergilər sırasına gömrük rüsumlarını da əlavə etmək olar. Gömrük rüsumunun əsas məqsədi – təkcə gəlir əldə etmək deyil, daxili bazarın, eləcə də milli sənsyenin və kənd təsərrüfatının himayə edilməsidir. Gömrük rüsumları ölkənin iqtisadi siyasətinin aləti kimi çıxış edir. O idxal olunan malların qiyməti ilə yerli bazardakı analoji malların qiymətini tənzimləyir. Oanunvericiliyin tələblərinə uyğun olaraq gömrük rüsumu malın qiymətindən tutulur, Ancaq bəzən xüsusi meyarlar yəni çəki, sahə və s. tətbiq olunur. Bu növ rüsumlar içkilərə, tütüün məmulatlarına, kinofilmlərə tətbiq olunur.

Birbaşa vergilər Birbaşa vergilərin əsasını gəlir vergisi, səhmdar cəmiyyətlərin mənfəət vergisi, həmçinin əmlak vergisi və avtonəqliyyat vasitələrindən tutulan vergilər təşkil edir.

Gəlir vergisi büdcənin vergi gəlilərinin 20%-ni təşkil edir. Bu tarixi xüsusiyyətlərlə bağlıdır. Belə ki, dövlət gəlir vergisindən öz sosial siyasətinin həyata keçirilməsində istifadə edir. İctimai istehlak fondlarına daxilolmalar şəraitində gəlir vergisindən ailələrin stimullaşdırılması, yoxsullara yardım göstəilməsində istifadə olunur. Gəlir vergisinin mahiyyəti əhalinin əmanətlərinin saxlanılmasının, daşınmaz əmlakın, səhmlərin alınmasının təşviqinə yönəldilmişdir. Bütün bunlar eyni zamanda vergilərin hesablanması, çoxsaylı imtiyaz və güzəştlərin verilməsində mürəkkəb sistem yaradır. Demək olar ki, belə 25 miliyon ödəyicilərdən faktiki olaraq yalnız 13 miliyonu (52%-i)) vergi ödəyir. Potensial vergi ödəyiciləri ölkənin fiziki şəxsləri və eləcə də səhmdar cəmiyyət olmayan müəssisə və kooperativlərdir. Verglər principcə vahid, mütərəqqi cədvəl üzrə tutulur və bununla belə hər ödəyicinin iqtisadi, sosial, ailə vəziyyəti və yaşı nəzərə alınır. İnkişaf dərəcəsi gəlirdən asılı olaraq 0 dan 54% intervalında dəyişir. İnfilyasiya prosesləri araşdırılmaqla (nəzərə alınmaqla) hər il şkala dəqiqləşdirilir.

Gəlir vergisini bütün Fransada yaşayanlar öz ölkələrində və razılaşma əsasında xaricdə əldə olunan gəlirlərindən ödəyirlər. Prinsipial xüsusiyyət ondan ibarətdir ki, vergi tutmaya fiziki şəxsin deyil ailənin gəliri məruz qalır. Əgər ödəyici subaydırsa vergi üçün bu 1 nəfərdən ibarət ailədir. Vergi 18 yaşından etibarən ödənilir. Vergi bəyannamədə göstərilmiş yekun gəlirə görə yəni, vergi ödəyicisi tərəfindən ildə bir dəfə keçən ilki gəlirlər əsasında tutulur. Bu bütövlükdə vergitutmada nəzarəti çətinləşdirir, verginin budcəyə daxil olma müddətini azaldır. Bundan başqa əgər il ərzində gəlir azalmışdırsa ödənişlə bağlı probləmlər yarana bilər. Vergi ödəyicilərinin gəlirləri 7 kateqoriyaya bölünür. Hər 7 kateqoriya öz hesablaşma metoduna malikdir.

Vergi ödəyicisinin gəliri

muzdla işləyənlərə əməyə görə ödəniş peşə xərcləri

_ sosial sığorta ödənişi peşə təhsili xərcləri peşə xərcləri _ Düzgün bəyan etməyə görə 20% güzəşt. Il ərzində əmək haqqı 500 000 avrodan çox olduqda tətbiq edilmir. Vergi tutulan gəlir

Ərazi gəlirləri (bina və torpağın icarəsindən) _ 15% mənzil icarəsindən 10% torpaq icarəsindən Binaların saxlanması ilə bağlı xerclər

Dövriyyə kapitalında gəlirlər(divident və faizlər) _ Bank xidmətləri xərci əgər səhmlər üzrə əməliyyatlar yerinə yetirirsə; 16 000 avro- xırda səhm sahiblərini stimullaşdırmaq üçün əmanət kitabçasına qoyulmuş vəsaitlər üzrə gəlirlər 60 000 avroya qədər

Təkrar satışdan gəlirlər _ İnfilyasiya, möhtəkirlikdən müdafiə üçün ildə 5% güzəşt, 20 ildən sonra güzəşt 100% ə çatır

Vergi tutulmur: yaşadığı şəraitdə şəxsi evin satışı Daşınmaz əmlakın satışı, əgər satış məbləği 290 00 avrodan azdırsa.

Müəssənin sənaye və ticarət fəaliyyətindən gəlirlər, səhmdar cəmiyyətlər olmayanlar _ İstehsal və satış xərcləri

Hə İldə 50 000 avrodan az dövriyyə Yox

Vergi xidməti özü vergi məbləğini hesablayır, mühasıbatlığın aparılması vacibdir Sahibkarlar özləri hesablarını aparır. Fərdi müəssələrə 20% endirim olunur əgər onlar hiyləsizliyin qarantı təşkilatının üzvüdürlərsə

Qeyri kommersiya gəlirləri (azad fəaliyyət sahiblərinin fəaliyyəti) Xərclər yoxlanır. Vergi tutulmur:175000 avrodan az qanarara İdarə etmə heyətinə daxil olanlara 20% endirim

Kənd təsərrufatı gəlirləri

Gəliri 500 000 avrodan az olan ödəyiciyə:köllektiv imtiyazlar verilir. Vergi xidmətigəliri hər ha görə hesablayır.

500 000–750 000 arası gəlirlər:tutulmuş vergini ödəyici gəlir və fərq arasındalı fərq kimi hesablayır 750 000 avrodan yuxarı gəlirdə:qeyri səhmdar cəmiyyətlərə tətbiq olunan vergi tətbiq olunur

Vergitutmanın hesablanması

Hər bir yeddi kateqoriyanın gəliri özündə xalis gəliri əks etdirir. Vergilərin hesablanması üçün ailənin xalis gəliri aşağıdakı qaydada bölüşdürülür: subay – 1 hissə, ər-arvad – 2 hissə, 1 uşaq – 0,5 hissə əlavə olaraq, iki uşaq – 1 hissə əlavə olaraq, üç uşaq – 2 hissə əlavə olaraq. Sonra hər hissəyə görə müvafiq dərəcə ilə vergi hesablanır (təyin edilir). Vergilərin məbləği toplandıqdan sonra verginin ümumi məbləği alınır. Səhmdar cəmiyyətlərin mənfəət vergiləri ümumi vergi daxilolmalarının 10 faizini təşkil edir və azalmağa meyillidir. Bu dərəcənin daimi aşağı düşməsi ilə əlaqədardır. Bu cür vergitutma yalnız səhmdar cəmiyyətlərə tətbiq olunur. Qanunvericiliyə uyğun olaraq Səhmdar cəmiyyət olmayan hüquqi şəxslərin gəlirləri fiziki şəxslərin gəlir vergisi kimi hesablanır.