Aleut xalqı və ya Unangan xalqı (öz dilində olan adı: Unangax̂ tək, Unangax iki, Unangan cəm/şərqi, Unangas cəm/qərbi ) — aborigen xalqlarından olan bu xalq Aleut adaları, Komandor adaları, ABŞ (Alyaska), Rusiya (Kamçatka) ərazisində yaşayan qədim etnos. İrq və xarici görünüşə görə Eskimoslara bənzəsələrdə, bu iki xalqın dili və mədəniyyətləri ayrı-ayrıdır.
Tarixi thumb|left|250px|Suiti ovçuları , Unalaska,1896-cı il Aleutlar XVIII əsrə kimi Avopalı və ya digər xalqlarla heç bir əlaqə qurmamışlar. XVIII əsrdə avropalılara dünyada belə bir xalqın yaşadığı məlum deyildi. Bu dövrə qədər Aleutlar İqlo adlı buzdan hazırlanan evlərdə yaşayır və əsasən balıqçılıqla məşğul olurdular. Aleutlar əsas fəaliyyətləri balıqçılıq olduğundan, onlar günü bu gündə mahir balıq ovcuları hesab olunurlar. Əsasən balina, suiti və müxtəlif növ balıqlar ovlanmışdır. Daha sonralar Aleutlar quruda yaşayan bəzi heyvanları, maral, tülkü və ayı ovu ilə vəziyyətlərini xeyli yaxşılaşdırmış və yeni ov etmə üsulları mənimsəmişlər. 1750-ci illərə kimi yəni ruslar adaya gələnə qədər, Aleutlar öz sakit həyatlarını yaşayırdılar. Əslində ruslarla ilk təmaslar çox uğurlu olmuşdur, Aleutlar ruslara yeni ov etmək üsullarını öyrətmiş, bunun əvəzində isə ruslar özləri ilə gətirilən bəzi ədviyatları Aleutlara vermişlər: Sea otter hunters. Hətta bəzi rus kişilərinin Aleut qadınlarala evlənməsi məlumdur. Alyaskada birinci rus qəsəbələri Qriqori İvan Şelixov irkutsk taciri tərəfindən salınmışdır. Kütləvi şəkildə ovlanma nəticəsində dəniz heyvanlarının sayı azalmışdır. Bununla ruslar yerli əhalini daha çox inçitməyə başlamış, onları ovlamaq üçün daha əlverişsiz yerlərə göndərmişlər. Xususəndə Şelikov və Galikov şirkətinin yerli xalqa qarşı olan münasibəti nəticəsində Aleutlar, üsyan etmiş və qalib qəlmişdirlər. Ancaq texniki baxımdan daha üstün olan ruslar sonda Aleutlar üzərində qələbə qazanmışlar. Bu qələbənin əldə edilməsində Rusiya imperiyası Rus Amerikasına bir başa dəstək göstərmişdir. Aleut xalqı Ruslarla yaratdığıları münasibərlər, kütləvi qrip epidemiyası, qətliyamlar səbəbindən xalqın 80% məhv olmuşdur. Bütün bunların nəticəsində Aleut xalqının sayı 90 min nəfərdən 10 minə kimi azalmışdır.
Etimologiyası Aleut xalqının adı aleutca allíthuh sözündəndir. Alyaskanın kəşfindən sonra ruslar Aleut adaları istiqamətində irələməyə başlayırlar. Bu ərazilərə gələn rus kürk tacirləri tərəfindən yerli əhali Aleut () adlandırılır. Bu eyni adlı adalar qrupunun olması ilədə ələqəli olmuşdur.
Rus dilində Aleut adının mənşəyi haqqında bir neçə fikir vardır: Bu adın Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini"Who are the Alutiiq sözündən yarandığı ehtimal olunur. Çukca dilində Eskimoslara xitabən işlədilən A´lvayê´lilit '(yad dildə danışanlar') sözü olmuşdur. G. Menovşçikov kimi bəzi alimlərin fikirincə Aleut sözü Unanganca allíthuh (cəmiyyət) sözündən yaranmışdır.
Dil
Aleut dili və ya Unangan dili (öz adı Unangam Tunuu), Amerika Birləşmiş Ştatlarında Alyaska ştatının Aleut adaları ilə Pribilof adalarında və Rusiya Federasiyasının Kamçatka diyarına bağlı Komandor adalarında Aleut xalqı (Unangan xalqı) tərəfindən danışılan və Eskimos-Aleut dil ailəsinin tək başına iki qolundan birini oluşturan dil.
Din Əhalisi Alyaskada 1980 və 1992-ci illərdə, Eskimo-Aleut dillərində dannışa bilən əhali Panu Hallamaa (1997), Unangam Tunuu and Sugtestun: A Struggle for Continued Life ,
Ayaskaetnik sayıanadilində danışa bilənlərin sayı%danışa bilənlərin orta yaş həddi1980....Sibir Yupikləri 1.1001.05095Orta nəslin çoxu və uşaqların hamısıYupikler17.00014.00080Orta nəslin çoxu və uşaqların bir qismiİnyupikler 12.0005.00040Orta nəslin çoxu və uşaqların bir qismiSupikler3.0001.00033Orta nəslin çoxu və uşaqların bir qismiAleutlar2.20070035Orta nəslin çoxu və uşaqların bir qismi1992....Sibir Yupikləri 1.1001.05095Orta nəslin hamısı və uşaqların böyük bir qismiYupiklər18.00012.00067Orta nəslin hamısı və uşaqların kiçik bir qismiİnyupiklər 13.0004.00031Orta nəslin çoxu və uşaqların bir qismiSupiklər3.10060019Orta nəslin çoxu və uşaqların bir qismiAleutlar2.10040019Orta nəslin çoxu və uşaqların bir qismi
Rusiya Federasiyasında Komandor adalarında yaşayan, yerli aleut əhalisinin sayı:
1901 - 502 nəfər 1902 - 523 nəfər 1903 - 509 nəfər 1904 - 512 nəfər 1905 - 514 nəfər 1906 - 499 nəfər 1913 - 516 nəfər 1917 - 449 nəfər 1921 - 377 nəfər 1922 - 381 nəfər 1923 - 364 nəfər 1927 - 345 nəfər 1935 - 367 nəfər
Təhsil Aleutları yaşadığı ərazi Amerika Birləşmiş Ştatlarıı hesab olunur. Ona görə də Aleutlar ABŞ təhsil sistemi üzrə təhsil alırlar.Hal-hazırda Alyaskada 4 Aleut yarım məktəbi fəaliyyət göstərir. Şagirdlərə həm ana dilləri olan Unanganca həm də dövlət dilləri olan ingilis dili tədris olunur.
Aleut Region məkətbi Pribilof məktəbi Aleut adları Şərqi-Şəhərcik məktəbi UnAlyaska şəhər məktəbi
1987-1988-ci illərdə Alyaskada məktəblərdə dərs alan Aleutlu uşaqlar:
Yarım məktəb Anadilində danışa bilən uşaqlarDanışa bilməyən uşaqlarCəmi şagird sayıAleut ərazisi21618Ankoric12930Bristol körfəzi.11Kenai.11Pribilof adası.7070Tanana.1818Cəmi3135139
Mədəniyyət
Müasir durum
Qalereya
İstinadlar
Həmçinin bax
Həmçinin bax İnuit xalqı İqlo Eskimoslar Alyaska Aborigen
Kateqoriya:Aleut xalqı Kateqoriya:Etnik qruplar Kateqoriya:Qədim mədəniyyətlər Kateqoriya:Alyaskada yaşayan xalqlar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Amerika xalqları