İlqar Yaşar oğlu Məmmədov () — SSRİ və Rusiya qılıncoynadanı, rapiraçı; komanda hesabında ikiqat olimpiya çempionu (1988, 1996), SSRİ əməkdar idman ustası; komanda hesabında 1989-cu il dünya çempionu, dəfələrlə SSRİ və Rusiya çempionu. Rusiya qılıncoynatma komandasının baş məşqçisi (2012–2021). SSRİ-nin əməkdar idman ustası (1988), Rusiyanın əməkdar məşqçisi (2015), Rusiya Qılıncoynatma Federasiyasının prezidenti (2021-ci ildən), RF Silahlı Qüvvələrinin polkovniki.
Həyatı İlqar Məmmədov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyümüşdür. SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi Yaşar Məmmədovun oğludur. 11 yaşına qədər musiqi ilə məşğul olmuşdur. 11 yaşından qılınc oynatma ilə məşğul olmağa başlamışdır. Rapira ilə qılınc oynatma üzrə əməkdar idman ustasıdır. 1987-ci ildə Rusiyaya köşmüş, MOİK idman cəmiyyətində ikiqat olimpiya çempionu Mark Midlerin rəhbərliyi ilə məşqlərə başlamışdır. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medala sahib olmuşdur. 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarının da qalibi olmuşdur. 1999-cu ildən məşqçi fəaliyyətinə başlamışdır. Bir qədər sonra ABŞ-yə köçmüş, bir müddət orda yaşadıqdan sonra geri dönmüşdür.
25 yanvar 2025-ci ildə o, yenidən Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib.
Ailəsi Ailəlidir. Həyat yoldaşı qılıncoynatma ustası Yelena Jemayevadır. Milena və Ayla adlarında iki qızları var.
İstinadlar
Xarici keçidlər 20px|link=YouTube Qərib çempionlar - 06.12.2024 I İlqar Məmmədov
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ qılıncoynadanları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:"Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Rusiya əməkdar məşqçiləri Kateqoriya:1988 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1996 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında qılıncoynadanlar Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Azərbaycandan Rusiyaya mühacirət edənlər Kateqoriya:Bakıda doğulmuş idmançılar