Babayeva Sündüz Hacımirzə qızı (d. 28 dekabr 1946, Dəvəçi, Pirəbədil kəndi) — Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı (1995–2007).

Həyatı Sündüz Babayeva 1946-cı il dekabrın 28-də Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə müəllim kimi başlamış, 1990 ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin katibi, 1992-ci ildən Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Dəvəçi Rayonu Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, 1995–2007-ci illərdə isə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Mükafatları Sündüz Babayeva "Şərəf nişanı" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur.

Xarici keçidlər Sündüz Babayevaya "Şöhrət" ordeni verildi Sərəncam imzalayıb İcra hakimiyyəti başçıları dəyişdrilib

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şabran Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Dəvəçi Rayon Xalq Deputatları Sovetinin deputatları