Böyük İpək Yolunda qısametrajlı sənədli filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir.

Məzmun Elmi-kütləvi film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 250-251

Filmdə Böyük İpək Yolu ilə bağlı tarixi materillardan, Azərbaycanda qazıntı zamanı aşkara çıxarılmış arxeoloji nümunələrdən, Azərbaycan ipəyinin tarixindən, şərqin və qərbin qədim dövrlərdəki sıx əlaqələrindən, habelə Böyük İpək Yolunun bəşər mədəniyyəti tarixində oynadığı roldan söhbət açılır.

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1986-cı ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri