Tabasaranlılar (öz dilində — tabasaran) — Şimali Qafqazda yaşayan yerli xalqlardan biri. Əsasən Böyük Qafqazın cənub-şərq yamacında, Xəzər dənizi sahillərində məskunlaşmışlar. Tabasaranların əsas hissəsi Dağıstanın Tabasaran, Xiv və Dərbənd rayonlarında yaşayırlar. Şəhər əhalisi ən çox Dərbənd, Oqni, Kaspiysk və Mahaçqala şəhərlərində cəmlənmişdir. Onlar, eyni zamanda. az da olsa, Şimali Qafqazın bütün regionlarına da yayılmışlar. Tabasaranlar yığcam yaşadıqları ərazilərdə şimalda və şimal-qərbdə darginlər, cənub-qərbdə aqullar,cənubda ləzgilər, şərqdə isə azərbaycanlılarla qonşudurlar. Sayı 200 min nəfərdən çox (2011-ci il) Həmçinin bir müddət ( X əsr) Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Rusiyada 151 466 nəfər ( 2021-ci il siyahıya alınması) Dağıstanda — 126 319 (2021-ci il) Stavropol vilayətində — 7 000 (2010-ci il ) Rostov vilayətində — 2 231 (2002-ci il) Krasnodar vilayətində — 1 331 (2002 -ci il) Saratov vilayətində — 1 276 (2002-ci il) Qazaxıstanda — 1 000 (2000-ci il)1989-cu ildə Qazaxıstanda 1 146 nəfər idi( ) Ukraynada — 977 nəfər(2001-ci il) Latviyada —   6 (2010-ci il)

Adlanması Qonşu xalqların dilində aşağıdakı kimi adlanırlar: avar dilində — tabasaranal aqul dilində — uxunar, tabasarançuy kaytaq dilində — şilan qumuq dilində — tabasaranlar lak dilində — tabasaran ləzgi dilində — kabqan(аr) rutul dilində — tabasarandaşura saxur dilində — tabassaranna çeçen dilində — tapsaroy.

İstinadlar

Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Qafqazda yaşayan müsəlman etnik qruplar Kateqoriya:Rusiyanın Avropa hissəsindəki yerli xalqlar