Babarəhim Məşrəb () — Özbəkistan şairi.

Həyatı Babarəhim Məşrəb (1657–1711) məşhur cığatay şairi, doğulduğu yerdən azadfikirlilik üstündə sürgün olunmuş, dərviş kimi Orta Asiya və Hindistanı gəzmişdir. Şeirlərində əyanları, məmurları, fitnəkar dindarları ifşa etdiyi üçün divanə çağrılmışdır. Bəlx hakiminin əmri ilə edam edilmişdir.

Babarəhim Məşrəbin yaradıcılığında sufilik ideyaları öz əksini tapmışdır. Şeirləri (qəzəl, müxəmməs, müsəddəs və s.) səmimiliyi, dilinin sadəliyi ilə seçilir. Rədifdən məharətlə istifadə etmişdir. "Nur mənbəyi" didaktik əsəri var. Filosof, sufi şair Babarəhim Məşrəb haqqında yazılmış qısa məlumat hər halda onun taleyi barədə müəyyən epizodları aydınlaşdırır.

Həmçinin bax Özbəkistan ədəbiyyatı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Özbəkistan şairləri Kateqoriya:Fars dilində yazan şairlər Kateqoriya:Türk şairlər Kateqoriya:Özbəkistan filosofları