Cırtdan və div və ya orijinal adı ilə Cırtdan-"pəhləvan": ikinci film () — Azərbaycan cizgi filmi.
Məzmun
Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır.
Filmdə Cırtdanın başına gələn sərgüzəştlərdən, divə qalib gəlməsindən söhbət açılır.
Film haqqında
Film SSRİ Televiziya və Radio Verilişləri Dövlət Komitəsinin sifarişi ilə 1983-cü ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında hazırlanıb.
Applikasiya filmidir.
Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Bəhmən Əliyev Ssenari müəllifi: L. Dadaşidze, Aleksandr Timofeyevski Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Arifə Hatəmi, Gülşən Quliyeva, Hüseyn Cavid İsmayılov
Dublaj Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirdilər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova
Həmçinin bax Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdan cizgi filmi (1969)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Xarici keçidlər Про Джыртдана Великана Cırtdan-pəhləvan. İkinci film (1983) — Azərbaycan dilində Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sabiq rəsmi saytında — Cırtdan və div
Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Uşaq filmləri