Arif Ərdəbili (1311–1392) — XIV əsrdə yaşamış Azərbaycan şairi.

Həyatı Şəmsəddin Məhəmməd Arif Ərdəbili XIV əsrin Azərbaycan şairidir. O, Şirvanşah Keykavus ibn Keyqubadın dəvətilə Şirvana gəlmiş, saray şairi olmuş, "Şirvanşahın oğlunun müəllimi olmuşdur". Onun "Fərhadnamə" poeması (1369) farscadır. Şair bu əsəri Şirvanşaha ithaf etmişdir. "Xosrov və Şirin" mövzusunda olan bu əsər iki hissədən ibarətdir. Əsərdə Şamaxı və Bakı memarlıq abidələrindən də bəhs olunur. Əsərin baş qəhrəmanı Xosrov şah deyil, memar Fərhaddır. Azərbaycan şifahi xalq ədəbiyyatı materialları bu əsərdə mühüm yer tutur. Bu əsərlərdə yaradılmış həyat lövhələri, insan surətləri poeziyanın mistikadan uzaqlaşdığını, onun həyatla əlaqələrinin gücləndiyini göstərir.

Yaradıcılığı Arif Ərdəbilinin yazılarında "Şamaxı Gülüstanında bir qala var" məlumatı çox qiymətlidir.C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 153

İstinadlar

Həmçinin bax Fərhadnamə Azərbaycan ədəbiyyatı

Xarici keçidlər

Kateqoriya:1311-ci ildə doğulanlar Kateqoriya:Ərdəbildə doğulanlar Kateqoriya:Azərbaycan şairləri