Çamırlı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.
Tarixi Çamırlı Qızılvəng kəndinin yaxınlığında, Alagöl çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritesində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.279.
Kənddə 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 329 nəfər, 1897-ci ildə 374 nəfər, 1908-ci ildə 491 nəfər, 1914-cü ildə 632 nəfər, 1916-cı ildə 541 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27, 112-113. 1918-ci ilin yazında kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.
1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 42 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.112-113. Kənd 1929-cu illərdə ləğv edilmişdir.
Toponim təkə adlı türk tayfasının bir tirəsini təşkil edən çomur//çomrı etnonimiАтаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.130Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. - Türk dünyası araştırmaları, 1983, № 26. s.88 əsasında formalaşmışdır. -lı mənsubluq bildirən şəkilçidir. «Çamır/çamur tayfasına mənsub yer» deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Əhalisi
24 yanvar 1919-cu ildə Göyçə mahalının Çamırlı kəndinə basqın edən daşnak terrorçuları dörd kişinin başını, altı qadının döşlərini kəsərək on nəfər dinc sakini vəhşicəsinə qətlə yetirmişlərƏlisahib Əroğul. “Erməni-daşnaq faşizmi və Azərbaycan” (bədii publisistika). Bakı, “Təhsil”, 2007-ci il..
İstinadlar
Kateqoriya:Göyçə kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri