Məzmun Bu kinolent açıq dənizdə nadir neft mədəninin bu günü, çətinliklərə mərdliklə sinə gərib, dənizin dibində neft çıxaranların cəsurluğu, yaşlı yoldaşlarından-dəniz neftinin ilk kəşfiyyatçılarından əmək estafetini qəbul edən dəniz neftçilərinin yeni nəsli haqqında bəhs edir.
Filmdə Xəzərin cövlan edən dalğaları üzərində neftçilər tərəfindən salınmış dəniz şəhərinin özünəməxsus təkrarolunmaz həyat tərzi göstərilmiş, ən çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir.
"Dənizi Fəth edənlər"-Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kinohekayədir.
Festivallar və mükafatlar 1) 1959-cu ildə I Moskva Kinofestivalı Filmə qısametrajlı və sənədli filmlər bölməsi üzrə gümüş Medal verilmişdir. 2) 1960-cı ildə Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov və Sergey Medınski filmə görə Lenin mükafatına layiq görülmüşlər.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Roman Karmen Ssenari müəllifi: İmran Qasımov, Roman Karmen Operator: Cavanşir Məmmədov, Sergey Medınski Bəstəkar: Qara Qarayev Səs operatoru: Ağahüseyn Kərimov İkinci rejissor: Məmməd Əlili Səs texniki: A. Minçenko Mahnıların müəllifi: Yevgeni Dolmatovski
Mənbə Газ. "Комсомольская правда", 28 мая 1959 г. Газ. "Литературная газета", 28 мая 1959 г. М. Рзаева. О двух фильмах Романа Кармена. "Изв. АН Азерб. ССР (серия общ. наук), 1962, № 9. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 118; 130–139. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər Filmi izlə
Həmçinin bax
Kateqoriya:1959-cu ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii-sənədli filmlər Kateqoriya:Rusca filmlər