Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, ) — İtalyan bəstəkarı, yazıçı və pedaqoq.
Həyatı Musiqiçilər ailəsindəndir: atası Ferdinando Buzoni (əslən Korsikadandır) klarnetçalan, anası Anna Vays (Weiss) Avstriya pianoçusu idiİjon-Piser Sullyet, 88 notes pour piano solo, Neva Editions, 2015, p.172. . Pianoçu kimi sistemli təhsil almamışdır, kompozisiya və kontrapunkt dərslərini Oratsda (Avstriya) V. Mayerdən almışdır. Helsinkidə Musiqi İnstitutunda fortepianodan dərs demiş (1888–90), Moskva konserva toriyasının (fp. sinfi üzrə; 1890–91), Bostondakı Yeni ingilis konservatoriyasının professoru (1891–92) olmuşdur. 1894-cü ildən Berlində yaşamış, yeni və az səslənən musiqinin təbliği məqsədilə "Buzoni orkestr gecələri" (1902–09) təşkil etmişdir. 1913–14-cü illərdə Bolonyadakı Musiqi liseyinin, 1920-ci ildən Berlin İncəsənət Akademiyasının professoru (kompozisiya sinfi) olmuşdur.Buzoni// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 143.
Fəaliyyəti K. Vayl, P. Qreyncer, D. Mitropulos, N. Nabokov, E. Petri, L. Sirota və b. onun şagirdləri idi. Buzoni öz dövrünün orijinal virtuoz texnikaya malik böyük pianoçularından biridir. Onun İ. S. Bax, F. List və V. A. Motsartın əsərlərinin fortepiano transkripsiyaları məşhurdur. "Turandot", "Arlekin" (hər ikisi 1917), "Doktor Faust" operalarını (1916–24; şagirdi F. Yarnax tamamlamışdır, quruluş 1925), 2 fortepiano üçün Kontra punktur fantaziyanın (1922), fortepiano ilə orkestr üçün Konsertin (1904); "Musiqi sənətinin yeni estetikasının eskizi" (1907) kitabının və s. müəllifidir. Avanqardizm ideyalarını dəstəkləmişdir. 1949-cu ildən Bolsanoda (İtaliya) hər il pianoçuların Buzoni adına Beynəlxalq müsabiqəsi keçirilir.
Həmçinin bax Volfqanq Amadey Motsart İohann Sebastyan Bax
İstinadlar
Xarici keçidlər Ferruccio IMSLP sitesi "Category:Busoni, Ferruccio" maddesinde parasiz partisyon notalari
Kateqoriya:İtaliya bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Ştubenrauxştrasse qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:İtaliya dirijorları