Əbül-Həsən Əhməd ibn Yəhya ibn Cabir ibn Davud əl-Bəlazuri (; ) — IX əsr tarixçisi. Hicri ikinci əsrin coğrafiya və tarixçilərindən biri. Yaqut əl-Həməvi ondan təriflə bəhs etmişdir.
Bioqrafiyası Onun Davuddan əvvəlki ulu babalarının adları naməlumdur. İbn ən-Nədimə görə ona Bəlazuri deyilməsinin səbəbi, yaddaşını gücləndirmək üçün bəlazur (Semecarpus anacardium) adlı meyvəni yeyib ağlını itirməsi və ölməsidir. Bəzi mənbələr görə isə bu hadisə onun deyil, babası Cabirin başına gəlmiş və ona babasına nisbətlə Bəlazuri deyilmişdir.
Bəlazuri, Bağdadda yaşamış, farsca kitabları ərəbcəyə tərcümə etmişdir. O, əl-Mədaini, İbn Səd, Əli ibn Mədini, Əffan ibn Müslüm, Əbdüləla ibn Həmmad, Abdullah ibn Saleh əl-İcli və Musab əz-Zübeyri kimi alimlərdən bəhrələnmişdir. Bəlazuri 892-ci ilə Bağdadda vəfat etmişdir.
Əsərləri O, "Ənsabül-Əşrəf", "Fütuhul-Büldan", "Əhdi-Ərdəşir" və "Kitabül-Əxbər" adlı əsərlərin müəllifidir. Bunlardan yalnız "Fütuhul-Buldən" və "Ənsabül-Əşrəf" dövrümüzə qədər gəlib çatmışdır.
Həmçinin bax
Vəqidi
Mənbələr Dünyanın müktəşif və coğrafiya yazanlar, Nikbin, Vəziri çapı, 1375 h.ş.("فرهنگ مکتشفین و جغرافی نویسان جهان". نیک بین، نصرالله.انتشارات نبوی، چاپ وزیری٬ ۱۳۷۵.) (الامام: أبی الحسن، احمد، البلاذری، (فُتُوح اَلُبلدان) ، دار الکتب العلمیة، چاپ نهم، بیروت لبنان، انتشار ۱۹۸۳ میلادی به (عربی)،)
İstinadlar
Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:İslam tarixi Kateqoriya:Tarixşünaslıq Kateqoriya:İran şəxsləri Kateqoriya:IX əsr tarixçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri