Dərbəndilər — Şirvanşahlar sülaləsinin üçüncü qolu (1382-1538). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.Azərbaycan Sovet Ensiklopediyası. Məqalə: Dərbəndilər
Dərbəndilərin hakimiyyəti dövründə Şirvanın müstəqilliyi uğrunda Qızıl Orda, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərlə müharibələr aparılmışdır. Şirvanda ipəkçilik, sənətkarlıq, ticarət inkişaf etmiş, Şamaxıda və Bakıda quruculuq işləri görülmüşdü. Qonşu ölkələrə, o cümlədən Böyük Moskva knyazlığı ilə ticarət əlaqələri və diplomatik münasibətlər yaranmışdı. Səfəvi hökmdarı I Təhmasibin dövründə Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu.
Nümayəndələri Rəsm/PulAdıHakimiyyət dövrüƏvvəlki şahlarla əlaqəsiframeless|270x270pxI İbrahim1382 - 15 sentyabr 1417Sultan Məhəmməd Dərbəndinin oğluframeless|159x159pxI Xəlilullah1417 - 1465I İbrahimin oğluframeless|150x150pxI Fərrux Yasar1465 - 1500I Xəlilullahın oğluBəhram bəy1500 - 1501I Fərrux Yasarın oğluQazi bəy1501I Fərrux Yasarın oğluSultan Mahmud1501 - 1502Qazi bəyin oğlu II İbrahim1502 - 1524I Fərrux Yasarın oğlu II Xəlilullah1524 - 1535II İbrahimin oğluII Fərrux Yasar1527 - 1535II İbrahimin oğluŞahruh1535 - 1539II Fərrux Yasarın oğluSəfəvilərin işğalından sonrakı iddiaçılarBurhan Əli1548 - 1549II Xəlilullahın oğluSara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 134yaxud
Keyqubad ibn Əbubəkr ibn İshaq ibn İbrahimin oğluAbbasqulu ağa Bakıxanov, Gülüstani İrəm, səh. 43Mehrab1550Əlaqəsi bilinmirQurban Əli1550Əlaqəsi bilinmirQasım Mirzə1554Əlaqəsi bilinmirKavus Mirzə1577 - 1578Bürhan Əlinin bacısı oğluƏbubəkr Mirzə1578 - 1583Bürhan Əlinin oğlu
İstinadlar
Həmçinin bax Şirvanşahlar Şirvanşahlar dövləti
Kateqoriya:Şirvanşahlar Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Qafqaz dövlətlərinin sülalələri Kateqoriya:İran sülalələri