"Azərbaycanın vergi jurnalı" (əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri") — Azərbaycanda nəşr olunan jurnal. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin resenziyalı elmi nəşri.
Təsis və qeydiyyat İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olmuşdur. Jurnal həmin adla 1 iyul 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş və 510 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır.
Jurnal beynəlxalq ISSN () mərkəzində 2305-462X nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdirAAK. Tövsiyə edilən elmi nəşrlər: İqtisadiyyat elmləri .
2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir«Azərbaycanın vergi jurnalı» nın birinci nömrəsi çapdan çıxmışdır. .
Məzmun Jurnal müstəqil, resenziyalı elmi nəşrdir.
Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orijinal məqalələrin dərcinə də yer verilir.
Dil Jurnalda Azərbaycan, türk, ingilis və rus dillərində məqalələr dərc edilir.
Redaksiya Baş redaktoru iqtisad elmləri doktoru, professor Elşən Hacızadədir. Redaksiya heyəti 20 nəfərdən ibarətdir.
Veb-saytı 2011-ci ilin may ayında "Azərbaycanın vergi xəbərləri" jurnalının veb-saytının təqdimat mərasimi keçirilmişdirVergilər Nazirliyinin “Azərbaycanın vergi xəbərləri” jurnalının veb-saytının təqdimatı keçirilib. gun.az . Bu elmi dövri nəşr internetdə www.vergijurnali.az və www.taxesnews.az ünvanlarında yerləşir. Həmin veb-sayt dörd dildə – Azərbaycan, türk, ingilis və rus dillərində fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər Rəsmi internet səhifəsi: vergixeberleri.az «Azərbaycanın vergi xəbərləri» jurnalının 5-ci nömrəsi çapdan çıxmışdır. iqtisadiyyat.com «Azərbaycanın vergi xəbərləri» jurnalının 6-cı nömrəsi çapdan çıxmışdır. elshanhajizadeh.com «Azərbaycanın vergi xəbərləri» jurnalının 7-ci nömrəsi çapdan çıxmışdır. elshanhajizadeh.com «Azərbaycanın vergi xəbərləri» jurnalının 8-ci nömrəsi çapdan çıxmışdır. elshanhajizadeh.com «Azərbaycanın vergi xəbərləri» jurnalının 9-cu nömrəsi çapdan çıxmışdır. elshanhajizadeh.com
Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:1 iyulda yarananlar Kateqoriya:2003-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Dövlət Vergi Xidməti (Azərbaycan)