Enn Heç (, ) — ABŞ aktrisası, rejissoru və ssenaristi.

Həyatı Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir.

Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.

Filmoqrafiya +İlFilmin Azərbaycan dilinə tərcüməsiFilmin orijinal adıRolu1993Qek Finin macəralarıThe Adventures of Huck FinnMeri Cein Üilks1994Hər şeyə razıyamI'll do anythingKlar1996JüriThe JurorCuliet1997Səmadakı PiroqPie in the SkyEmi1997Doni BraskoDonnie BrascoMeqi Pistoun1997Mən bilirəm siz keçən yay nə etmisinizI Know What You Did Last SummerMelisa Eqan1997VulkanVolcanoDr Emi Barns1997KələkbazlıqWag the DogVinfred Eims19986 gün 7 gecəSix Days Seven NightsRobin Monro1998Cənnətə qayıdışReturn to ParadiseBet Makbrayd1998PsixoPsychoMerion Kreyn1999Üçüncü möcüzəThe Third MiracleRoksan2000Şübhədən kənarAuggie Rose/Beyond suspicionLusi Braun2001Flüeksetin xalqıProzac NationDr Sterlinq2002Con KyüJohn QRebeka Pein2004DoğuluşBirthKlara2007Sevgi nədirWhat Love isLaura2010Digər oğlanlarThe Other GuysPamela Bordmen2011QalaRampartKetrin2012Qara NoyabrBlack NovemberBarbara2012Artur NyumanArthur NewmanMina Krouli2013Qorxmağa heç bir səbəb yoxdurNothing Left To FearUendi2015Çılğın kartWild CardRoksi2016CatfightCatfightEşli2017Mənim dostum DamerMy friend DahmerCoys Damer2019Ən yaxşı düşmənlərThe Best of EnemiesMeri Ellis

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Biseksual qadınlar Kateqoriya:ABŞ teatr aktrisaları