İmdad Əli oğlu Əlizadə () — Azərbaycan yazıçısı, jurnalisti.
Həyatı İmdad Əlizadə 1980-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998–2004-cü illərdə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistratura pillələrində təhsil alıb.
2004–2005-ci illərdə hərbi xidmətdə olub.
Fəaliyyəti 1998-ci ildən mediada çalışır. "İntibah", "Persona", "Həftə içi" qəzetlərində, "525-ci qəzet" və "Trend" İnformasiya Agentliyində işləyib. 2009-cu ildən "Media forum" saytının əməkdaşıdır.
Parlament Jurnalistləri Birliyi 2013-cü ilin ən yaxşı media quruluşları və jurnalistlərini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticəsinə görə "Media forum" saytının əməkdaşı İmdad Əlizadə "İlin internet jurnalisti" adını alıb.
Mükafatları "Tərəqqi" medalı"Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 1322 nömrəli Sərəncamı. e-qanun.az Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 21 iyul 2025
İstinadlar
Mənbə "Laçın yurdu" jurnalı,№ 2(2),2011, Bakı,"Nurlar",2011. http://www.regionsesi.az/2014/02/media-forum-saytinin-%C9%99m%C9%99kdasi-ilin-internet-jurnalisti-secildi/
Xarici keçidlər http://www.mediaforum.az/az/2011/09/29/Q%C3%9CRB%C6%8FT%C6%8F-SARI-2-030107668c04.html
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar