Oskar Luici Skalfaro (; ) — İtaliyanın siyasi və dövlət xadimi, hüquqşünas, siyasətçi.

Həyatı

Oskar Luici Skalfaro Xristian Demokratik Partiyasının rəhbərlərindən biri. Bir neçə dəfə İtaliya parlamentinə deputat seçilmiş, 1992-ci ildə parlamentin sədri olmuşdur.

Oskar Luici Skalfaro 1966-1987-ci illərə qədər bir sıra nazirliklərə rəhbərlik etmiş, 1992-ci ildə isə İtaliya Respublikasının Prezidenti seçilmişdir.

Oskar Luici Skalfaro hazırda sabiq prezident kimi ömürlük senatordur.

İstinadlar

Kateqoriya:İtaliya siyasətçiləri Kateqoriya:İtaliya prezidentləri