Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdir.

Məqsəd 1914-cü ilin noyabr ayında Azap və Köprüköyə hücum edən rus qoşunlarını məğlub edən III Ordunun komandanı Həsən İzzət paşa, rus ordusunu təqib etmək yerinə öz ordusunu 15 km geriyə çəkmişdi.

O dövrdə Osmanlı ordusunun əsas məqsədi rus ordusunu məğlub edərək Bakı neftinə çatmaq və Alman imperiyasının sənaye ehtiyacını qarşılamaq idi. Bundan əlavə 1877-1878-ci il müharibəsindəki torpaq itkilərini (Batum, Qars, Ərdahan, Sarıqamış və Artvin) geri qaytarmaq üçün 1914-cü ildə Osmanlı dövlətinin baş komandan vəkili və Hərbi nazir Ənvər Paşa, Sarıqamış hərəkatının planını öz qərərgah zabitlərinə təqdim etdi. Həm Osmanlı, həm də alman zabitləri bu planı qəbul etmişdir.

Qüvvələr Şərqi qorumaqla vəzifələndirilən ordu III Ordu idi. Bu planı isə III Ordunun IX, X və XI Ordu korpusları və II Süvari tüməni tətbiq etməli idi. III Ordunun qərərgahı və IX Ordu korpusu Ərzurum qalasında, XI Ordu korpusu Elazığ qalasında bə X Ordu korpusu Sivasda yerləşmişdi.

III Ordu

IX Ordu korpusu - Əhməd Fevzi paşa X Ordu korpusu - polkovnik Hafiz Haqqı paşa XI Ordu korpusu - Əbdül Kərim paşa

II Süvari tüməni

III Ordunun ümumi gücünün 125.000 nəfər olduğu deyilsə də, bu saya döyüşçü olmayan nəqliyyat birlikləri, anbar alayı, hərbi polis də daxil idi. Osmanlı imperiyasının döyüşən heyətinin 75.000 nəfər olduğu düşünülür. Bu hərbi heyətə 72 pulemyot vı 218 ədəd top dəstək verməkdə idi. Rus ordusunun sayı Osmanlı ordusunun sayından az olsa da, aöır silah, topşu və təminat baxımından mütləq üstünlüyə sahib idi. Rus qoşununa 4 ədəd erməni könüllü taborlarından 2-si d də daxil idi. Digər iki tabor isə İran cəbhəsində vuruşmaqda idi.

Tarix thumb|200px|Sarıqamışda ordu qış geyimində thumb|200px|İsmayıl Ənvər thumb|175px|Nikolay Yudeniç

Döyüşdən sonra Sarıqamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun küllisi mahvoldu".

Nəticə Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə ermənilərin hücumuna məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər kürd-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər.

Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, buranı kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.

Həmçinin bax Göyçay döyüşü İstinadlar

Mənbə http://www.anl.az/down/meqale/azerbaycan/2011/yanvar/151864.htm САРЫКАМЫШ Краткий очерк декабрьской операции 1914 года Киган, Джон. "Первая мировая война"

Xarici keçidlər Türk Tarih Kurumu, I. Dünya Savaşı'nda Kafkas Cephesinde: Sarıkamış Savaşı Sarıkamış Harekatı Belge Arşivi Sarıkamış Harekatı Sarıkamış Harekatı'nın Nedenleri Sarıkamış Harekatı'nın Doğurduğu Sonuçlar

Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Rusiya imperiyası Kateqoriya:1914-cü ildəki hadisələr Kateqoriya:1915-ci ildəki hadisələr Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Türkiyədəki döyüşlər Kateqoriya:1915-ci ildə Osmanlı imperiyası