Şoker () — 1989-cu ildə çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxil olmasına baxmayaraq böyük gəlir əldə etmişdir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmin digər adı "Ues Kreyvenin Şokeri" kimi səslənir. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır.
Məzmun
ABŞ, Los-Anceles. Cavan futbolçu Conatan Parker Amerikan futbolunda aldığı beyin zədəsindən sonra gecələr qəribə yuxular görməyə başlayır. Conatan yuxuda Horas Pinker adlı manyakın özgə bir ailəni necə öldürdüyünü görür. O, polislərin diqqətini cəlb edir və polislər ilə manyakın axtarışına başlayır. Lakin bir müddət keçdikdən sonra manyakın hədəfi Conatanın ailəsi olur. İlk hədəfi isə Conatanın nişanlısı olur. Horas Conatanın nişanlısını ad günündə öldürür. Nişanlısı dəfn edildikdən sonra Conatan yuxularında nişanlısının ruhunu görür. Conatan Horasdan intiqam almaq niyyətindədir. Bu hadisədən sonra Conatan və atası Don Parker manyakın izinə düşürlər. Lakin nə Conatan, nə də atası Don başa düşürlər ki, manyak Horası tutmaq elə də asan olmayacaq. Nəhayət, Horas elektrik stuluna məhkum etdildikdən sonra ölür. Lakin elektrik stuluna məhkum edilməmişdən əvvəl elə edir ki, öldükdən sonra onun ruhu daima yaşasın.
Öldükdən sonra Horasın ruhu yanında dayanan qızın içinə girir. Bundan heç kəs xəbər tutmur. Onu maşında apararkən, qəflətən detektivlərə hücum edir. Bu zaman qəza baş verir. Qəzada detektivlərin hər ikisi ölür. Lakin Horas ruh olduğuna görə ona heç nə olmur. Horas bunun ardınca maşındakı detektivlərdən birinin içinə girərək, Conatanın evinə gəlir. Detektivin içindəki Horas Conatanı səsləməyə başlayır. Conatan isə televizorda onu səsləyən detektivin ölüm xəbərini eşidir. Conatan qaçmağa başlayır. Bu zaman onu Horas təqib etməyə başlayır. Horas Conatanın yaxın qaradərili dostunu öldürür. Hətta onun atasının belə bədəninə daxil olur. Lakin Conatan atasını onun ruhundan xilas etməyi bacarır. Bu hadisədə baş verdikdən sonra Conatan yoldaşları ilə Horası təqib etməyə başlayır. Sonda Conatan onunla üz-üzə gəlir. Horas onunla televiziya kanallarında vuruşmağa başlayır. Conatan televizordan çıxdıqdan sonra onu televizorun içində saxlayır və elektriki söndürür. Horasın ruhu televizorun içində qalaraq ölür. Beləcə, Conatan öz nişanlısının intiqamını almış olur.
Rollarda Aktyor/aktrisa Rol QeydlərPiter Berq Conatan Parker Miç Pileci Horas Pinker Maykl Mörfi Leytenant Don Parker Conatanın atasıKamill Kuper Elison Conatanın nişanlısıBrent Spayner Tok-Şouda qonaq titrdə göstərilməyibSem Skarber Kuper Riçard Bruks Rino Ted Reymi Pak-Men Con Teş TV diktoru Cessika Kreyven Horasın qurbanı kimi Conatan Kreyven Coger Ues Kreyven qonşulardan biri Holli Kaplan qonşulardan biri Brüs Vaqner Qətlkar Emili Semuel Salli Keyt Antoni-Lubou-Bellami Futbol oyunçusu Hezer Lencenkemp Viktim Virciniya Morris Dayana Conatan Parker Qaçan adam
Saundtrek
Maraqlı faktlar "Şoker" filmi 10 aya çəkilmişdir. Conatan Parker ikinci gördüyü yuxusunda "Mariann" və "Vaqner" küçələrini görür. Mariann bu filmin prodüseridir, Vaqner isə aktyordur. Ues Kreyvenin ilk nikahından olan övladları Conatan və Cessika Kreyven epizodik rollarda çıxış etmişlər.
İstinadlar
Xarici keçidlər
RottenTomatoes.com review DVDManiacs review Craptastic Movies Review
Kateqoriya:ABŞ filmləri Kateqoriya:1989-cu ilin qorxu filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:Qara yumor filmləri Kateqoriya:Ues Kreyvenin filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:TriStar Pictures filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:İngilis dilində cinayət filmləri Kateqoriya:Ölüm cəzası haqqında filmlər Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:Kabus filmləri Kateqoriya:Televiziya haqqında filmlər