Turan Ağa xanım Nasirəddin şah qızı Qovanlı-Qacar (1862-1916) — Qacar şahzadəsi, şair, xəttat.
Həyatı
Nasirəddin şahın qızı Turan Ağa xanım 1862-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Anası Xazənəddövlə xanımdır. Saray təlim-tərbiyəsi görmüşdü. Şair idi. Xoştəb şeirlər yazırdı. Xəttatlığı da vardı. Xoş xətlə kitab üzü köçürürdü.
Turan Ağa xanım Furuğəddövlə ləqəbini daşıyırdı. 1904-cü ildə qardaşından və ərindən xəbərsiz Avropaya qaçmışdı.
Turan Ağa xanım 1916-cı ildə vəfat edib.
Ailəsi Furuğəddövlə Məcdüddövlə Hacı Mеhdiqulu xan Mirzə İsa xan оğlu Qоvanlı-Qacarla ailə qurmuşdu.
İstinadlar
Mənbə
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Qacar şahzadələri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:İran tarixi