Georgi Sedefçov Pırvanov (; ) — Bolqar siyasətçi, 2002–2012-ci illərdə Bolqarıstan prezidenti.
Həyatı Georgi Pırvanov 1981-ci ildə Sofiyada Klement Oxridski Universitetinin Tarix fakültəsini bitirib. 1981-ci ildən Bolqarıstan Kommunist Partiyasının (sonralar Bolqarıstan Sosialist Partiyasının) üzvü olub. Elə həmin il Bolqarıstan Kommunist Partiyası Tarixi İnstitutunda elmi işçi işləməyə başlayıb. 1988-ci ildə tarix sahəsi üzrə doktorluq dissertasiyası müdafiə edib. 1989-cu ildən BKP Tarixi İnstitutunda böyük elmi işçi işləyib. Açıqlanmış məlumatlara görə Bolqarıstan Dövlət Təhlükəsizlik Komitəsinin "Qotse" ləqəbli əməkdaşı olub. 1994-cü ildə Bolqarıstan Xalq Məclisinin deputatı seçilib, radio və televiziya yayımı üzrə komissiyanın tərkibində fəaliyyət göstərib. 1994-cü ildə Bolqarıstan Sosialist Partiyasının Ali Şurası sədrinin müavini, 1996-cı ildə issə BSP-nin sədri olub. 1997-ci ildə yenidən deputat seçilib, "Demokratik Sol Qüvvələr" və "Bolqarıstan Uğrunda Koalisiya" fraksiyalarına başçılıq edib. 2001-ci ilin noyabrında prezident seçilib. 2006-cı ildə seçkilərdə millətçi Volen Siderova qalib gələrək yenidən ölkə prezidenti olub.
Mükafatları "Heydər Əliyev" ordeni (Azərbaycan, 14 noyabr 2011-ci il)Georgi Pırvanovun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az
İstinadlar
Xarici keçidlər Официальный Сайт Президента Республики Болгария Георгия Пырванова
Həmçinin bax
Kateqoriya:Bolqarıstan prezidentləri Kateqoriya:Sofiya Universitetinin məzunları Kateqoriya:Bakı Slavyan Universitetinin fəxri doktorları Kateqoriya:XXI əsr siyasətçiləri