Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; ) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014)."Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . 18 dekabr 2014. www.president.az
Həyatı Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır.
1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb
Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır.
Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada vəfat etmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.Rəmiş dəfn edilib
Yaradıcılığı Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştirak etmişdir.
Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Təltif və mükafatları 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "əməkdar artist", 2014-cü ildə isə "xalq artisti" fəxri adına layiq görülüb.
Qalereya
İstinadlar
Kateqoriya:Azərbaycan gitaraçıları Kateqoriya:Aparıcı gitaraçılar