Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər.

Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Ümumxalq Hüzn Günü (20 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Müstəqillik Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Dövlət Suverenliyi Günü (20 sentyabr), Anım Günü (27 sentyabr), Müstəqilliyin Bərpası Günü (18 oktyabr), Zəfər Günü (8 noyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Dövlət Suverenliyi Günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftəsonuna düşəndə növbəti gün iş günü hesab edilmir.

Azərbaycanda dövlət səviyyəsində qeyd edilən dini bayramlar Qurban bayramı və otuz günlük orucdan sonra qeyd edilən Ramazan bayramıdır. Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.

20 yanvar tarixi Azərbaycanda "Ümumxalq Hüzn Günü" kimi qeyd edilir. Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan Azadlıq mübarizəsini yatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini qeyd edirlər. Azərbaycan Milli Məclisi 26 fevral tarixini Azərbaycanda Xocalı soyqırımı günü olaraq elan edib. Hər 26 fevral, saat 17.00-da bir dəqiqəlik sükutla Azərbaycanda bu soyqırımın qurbanlarının xatirəsi qeyd edilir. 1998-ci ildən başlayaraq Azərbaycanda 31 mart tarixi dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü olaraq qeyd edilir. 1918-ci ilin bu tarixində Bakı və Bakı quberniyasında baş verən qanlı hadisələr nəticəsində bir çox azərbaycanlı həyatını itirmişdir.

Anım Günü — 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsi anılır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsindən çıxarış

Bayram günləri Azərbaycan Respublikasının Əmək Məcəlləsin 105-ci maddəsində deyilir:

Ümumxalq hüzn günü Azərbaycan Respublikasının Əmək Məcəlləsin 106-cı maddəsində deyilir:

Dövlət bayramları və xüsusi günləri — qeyri-iş günləri — iş günləri

Rəsmi bayramlar və xatirə günləri BayramlarTarixAdıQeydlər1 yanvar — 2 yanvarYeni il bayramı-20 yanvarÜmumxalq Hüzn Günü1990-cı ilin 20 yanvarında SSRİ rəhbərliyinin siyasətinə etiraz edərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində şəhid olanların xatirəsi yad edilir.istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i və 2-i istirahət günü kimi qeyd edilir.8 martBeynəlxalq Qadınlar günüBeynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Azərbaycanda həmin gün ilk dəfə 1917-ci ildə bayram edilmişdir. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.20–24 martNovruz bayramıNovruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə beş gün qeyri-iş günü hesab hesab olunur. 9 mayFaşizm üzərində qələbə günü1945-ci ilin bu günü keçmiş SSRİ-də mərkəzi radionun diktoru Yuri Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən müharibəsi başa çatıb.28 mayMüstəqillik Günü1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadə tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi elan edilmişdir. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilirdi. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik Günü haqqında" qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.15 iyunMilli qurtuluş günü1993-cü il iyunun 15-də Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.26 iyunAzərbaycan Respublikası Silahlı Qüvvələri günü Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yaranıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir. Bundan əvvəl 18 sentyabr 1992-ci il tarixli 217 nömrəli fərman ilə Silahlı Qüvvələri günü 9 oktyabrda qeyd edilirdi.20 sentyabrDövlət Suverenliyi Günü Antiterror əməliyyatından sonra Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə qeyd edilən gün. Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamına əsasən qeyd edilir.18 oktyabrMüstəqilliyin Bərpası Günü Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı yekdilliklə qəbul edilmişdir. Bu tarix hər il "Milli müstəqillik günü" kimi qeyd edilirdi. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik Günü haqqında" qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.8 noyabrZəfər Günü2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə qeyd edilən qələbə günü.9 noyabrDövlət Bayrağı GünüAzərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.12 noyabrKonstitusiya Günü1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab olunur.17 noyabrMilli Dirçəliş günüErmənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı. 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab olunur.31 dekabrDünya azərbaycanlılarının həmrəyliyi günüAzərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 25 dekabr 1991-ci il tarixli 38 saylı qərarı ilə 31 dekabr Azərbaycanlıların milli həmrəyliyi günü elan edilmişdir.Dini bayramlarAy təqviminə görə dəyişirRamazan Bayramı1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində 2 gün ərzində qeyd edilir.Ay təqviminə görə dəyişirQurban BayramıBu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Qurban bayramı 2 gün qeyd edilir.Xatirə günləri26 fevralXocalı soyqırımı günü1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoalayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının xatirəsi yad edilir.31 martAzərbaycanlıların Soyqırımı Günü1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman vermişdir.1–5 AprelAprel döyüşləri2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə.27 sentyabrAnım Günü2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində başlanması gününün anılması.

Peşə bayramları və xüsusi günlər TarixBayramQeydlər30 yanvarGömrük İşçiləri GünüAzərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997 tarixli 464 nömrəli Sərəncamı ilə 30 yanvar Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib. 30 yanvar 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Gömrük Komitəsi yaranmışdır.2 fevralAzərbaycan gəncləri günü1997-ci il fevralın 1-də "2 fevral" — Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.11 fevralVergi xidməti işçilərinin peşə bayramıBaş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında 2000-ci il 11 fevral tarixli 281 nömrəli Fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il fevralın 1-də imzaladığı "Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında" Sərəncamı ilə qeyd edilir.14 fevralHərbi Hava Qüvvələri günüAzərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 203 saylı fərmanı ilə bayram günü elan edilib.22 fevralAvtomobil yol işçilərinin peşə bayramı günüAzərbaycan Respublikası Prezidentinin 2008-ci il fevralın 20-də imzaladığı "Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncamı ilə qeyd edilir.5 martBədən tərbiyəsi və idman günüBu tarix Azərbaycan Respublikası Prezidentininn "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.10 martAzərbaycan Milli Teatr Günü1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası tamaşaya qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli 2755 saylı fərmanı ilə bu tarix bayram günü elan edilib.10 martQızıl Aypara GünüAzərbaycan Respublikasının Prezidentinin 7 aprel 2008-ci il tarixli 2749 saylı Sərəncamı ilə bayram günü qeyd edilib.12 martDaxili Qoşunlar Günü1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı.