Tağızadələr — Azərbaycan xalqının tanınmış soylarından biri.

Soyun yaranması Hacı İmamqulunun üçüncü oglu Tağı 1808-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Rastabazarda baqqal dükanı işlədirdi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

Kərbəlayı Tağı Şahnisə ilə ailə qurmuşdu. Şirin, Zeynalabdin, Adıgözəl, Qasım adlı oğlanları, Şəhri adlı qızı vardı.

Kərbəlayı Tağının törəmələri Tağızadə soyadını daşıyırdılar.

Soyun tanınmış nümayəndələri Sayalı Tağıyeva — həkim, professor. Zeynal Tağızadə — filologiya elmləri doktoru, professor, dilçi. Aida Tağızadə — musiqişünas, professor.

Şəkillər

Mənbə Ənvər Çingizoğlu. Hacı İmamqulu uşağı. "Soy" elmi-kütləvi dərgi, 2008, № 11, səh.22–25 Ənvər Çingizoğlu. Şuşa: Təbrizli məhəlləsi. Bakı: Şuşa, 2011, Zeynal Tağızadə. Ömrün üfüqləri. Bakı: Səda, 2011, 128 səh.

Həmçinin bax

Kateqoriya:Soyadlar