Henle ilgəyi – nefronun bir hissəsi, proksimal və distal böyrək kanalıqlarını birləşdirən ilgək. Henle ilgəyinin əsas funksiyası su və ionların reabsorbsiysı və sidik cövhərinin mübadiləsini təmin etməkdir. Henle ilgəyi iki ayaqcıqdan ibarətdir: enən ayaqcıq () və qalxan ayaqcıq (); bunların ən dar hissəsinə boğaz – deyilir. Bu boğaz əksərən enən ayaqcığın qalxan ayaqcığa keçən yerində olur; bəzən isə enən və ya qalxan ayaqcıqda təsadüf olunurProf. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, Sidik-cinsiyyət aparatı, Böyrəklər, "MAARİF" Nəşriyyatı, Bakı – 1979, səh 158.. Alman anatomu və həkimi Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır.

İstinadlar

Mənbələr Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979

Həmçinin bax Yakob Henle Böyrək daşları İfrazat

Kateqoriya:Urologiya