Boden () Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (), Aşağı () və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Boden gölünün hövzəsi sonuncu buzlaşma dövründə Alp yamaclarındakı Reyn buzlağının əsasındsa formalaşmışdır. Onu əriyən buzlağı əriməsindən yarandığı hesab edilir.
Adının tarixçəsi Yuxarı və Aşağı göl adları hələ Roma imperiyası zamanında verilmişdir. Aşağı göl () adı antik müəlliflər tərəfindən xatırlanır. Yuxarı gölə əvvəlcə () sonralar isə () və nəhayət () adı verilmişdir. Orta əsrlərdə bu göl () adı ilə göstərilir. Bir çox Avropa ölkələrində Konstans gölü (, , , , ) kimi tanınır. () alman dilli xalqların dilində Bodensee, holland dilində Bodenmeer adlandırılır.
Güman edilir ki, gölün adı yaşayış məskəni olan Bodman sözündən götürülmüşdür. "Bodmanda yerləşən göl" = Bodman-See. Adın mənşəyi Bodanrük () yarımadası ilə də əlaqələndirilir↑ Rolf Zimmermann: Am Bodensee. Stadler Verlagsgesellschaft mbH. Konstanz 2004. ISBN 3-7977-0504-2, S. 5. (Bilder und Beschreibung der Städte rund um den Bodensee).. Antik mənbələrində (tarixçi Taçikusa əsasən) Şvabiya hersoqluğunun mərkəzində yerləşdiyinə görə ona "Şvabiya dənizi" () də adlandırılır. Lakin bu halın qüsurlu oluğu söylənilir. Romalılar adətən Mare Suebicum dedikdə Boden gölünü yox Baltik dənizini nəzərdə tutduqları güman edilir.Vgl: Karl Heinz Burmeister. Der Bodensee im 16. Jahrhundert. Montfort, Vierteljahreszeitschrift für Geschichte und Gegenwart Vorarlbergs. Jahrgang 2005, Heft 3. Seiten 228–262. pdf
Adalar Göldə olan böyük adaların sayı 10-dur. Yuxarı gölə Maynau və Aşağı gölə isə Lindau adaları aiddirlər.
Göldə olan digər böyük ada isə Rayxenau adlanır və Ümumdünya irsinə aid edilir. Burada VIII əsrə aid Reixnau monastrı və ona aid icma yerləşmişdir. Ada özünün tərəvəzçilik təsərrüfatları ilə məşhurdur. Maynau Bernadotte ailəsinin şəxsi mülki sayılır. Lindau adasında eyniadlı qədim şəhər yerləşir.
Kiçik adalara Yuxarı göldə , Hoy, Verde, və Mettnau yarımadası aiddirlər. Nr. Insel Fläche (m²) Əhali İcma Gölün hissəsi Koordinatlar 1 Qalgenin 19. əsrdən yarımada (-) Lindau Yuxarı göl, Roytiner buxtası 2 Hoy 53 – Lindau Yuxarı göl, Roytiner buxtası 3 Lindau 680000 3000 Lindau Yuxarı göl 4 Vasserburq 1720-ci ildən yarımada (27) Vasserburq Yuxarı göl 5 Maynau 447584 185 Konstans Yuxarı göl, Überlinger gölü 6 Dominikaner adası 18318 21 Konstans Yuxarı göl, Konstanser Trixter 7 Kopf, "Mittler və ya Lanqbohl" 31254 – Konstans Aşağı göl, Reyn gölü 8 Lanqenrayn və ya Triboldingerbohl 135570 – Konstans Aşağı göl, Reyn gölü 9 Rayxenau 4300000 3200 Rayxenau Aşağı göl 10 Liebes adası 2900 – Radolfçell Aşağı göl, Çeller gölü 11 Verd adası 15854 9 Eşenç Aşağı göl, Reyn gölü 12 Mərkəzi Verdli 4000 – Reyn üzərində Ştayn Aşağı göl, Reyn gölü 13 Aşağı Verdli 6000 – Reyn üzərində Ştayn Aşağı göl, Reyn gölü Boden gölü adaları 5637079 təxminən 6.400 6 icma
Gəmiçilik Boden gölündə sərnişin daşıyan sərhədyanı dövlətlərə (Almaniya, Avstriya, İsveçrə) və eyni zamanda "Boden gölü ağ donamasına" () aid gəmilər fəaliyyət göstərir. Donamanın ən qədim gəmisi 1913-cü ildə tikilmiş çarxlı "SD Hohentwiel"-dir.
İstinadlar
Kateqoriya:Avstriya gölləri Kateqoriya:Almaniya gölləri Kateqoriya:İsveçrə gölləri Kateqoriya:Dağ gölləri Kateqoriya:Reyn çayının hövzəsi Kateqoriya:Sərhəd gölləri Kateqoriya:Mübahisəli ərazilər