Məhəmməd Nadir Şah () — 1929-1933-cü illər arasında vəzifə yerinə yetirmiş olan Əfqan kralı.

Həyatı Məhəmməd Nadir 1929-cu ildə Əfqanıstan kralı oldu və 1933-cü ildə öldürülməsinə qədər taxtda qaldı. Məhəmməd Nadir, taxtı ələ keçirməzdən öncə üçüncü Anqlo-Əfqan Döyüşündə (1919) əhəmiyyətli bir rol oynadı. Ondan dərhal sonra, Kral Amanullah ilə anlaşılmazlıqlar səbəbindən, Məhəmməd Nadir, Fransada sürgündə yaşamaq üçün Əfqanıstandan ayrıldı. Həbibulla Kalakani üsyanı və Kral Amanullah (Yanvar 1929) taxtdan endirilməsindən sonra, Nadir Fransadan ayrıldı və Kalakaniyə qarşı döyüşə hazırlaşmaq üçün Hindistana getdi. Məhəmməd Nadir, Hindistandan gələn İngilis və müxtəlif tayfa dəstəyi ilə Kalakaniyi geri itələdi və 1929-cu ilin oktyabr ayında Kabili ələ keçirdi.

Daha sonra Kalakaniyi əsir alaraq edam etdirdi. Ancaq Kalakani yandaşlarını aldadaraq onu həbsə attırdığını söylərək ikinci bir üsyanın qarşısını aldı.

Kral olduqdan sonra, Kral Amanullahı taxta geri istəyən insanlara qarşı döyüşdü. Bundan başqa Kral Amanullah tərəfindən həyata keçirilən modernizasiya planlarının bir çoxuna qarşı çıxdı.

Mir Qulam Məhəmməd Qubar Tacik və Paştun kimi etnik qrupları hərəkətə keçirib, zor tətbiq edərək Məhəmməd Nadirin qaydalarına reaksiya göstərir. Kabilin şimalını işğal edən Mir Qulam qeyri-kafi və zəif ordusu ilə Məhəmməd Nadirə qarşı məğlub olmuşdur.

Məhəmməd Nadir Şah 1933-cü ildə bir sui-qəsd nəticəsində öldürüldü.

İstinadlar

Xarici keçidlər

Afghanistan Online: Biography - Mohammad Nadir Shah

Kateqoriya:Puştunlar Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:İmperatorlar Kateqoriya:XX əsr monarxları