Anesteziologiya (-an (inkar), - hisiyyat, - elm) keyləşdirmə, ağrısızlaşdırma mexanizmini, üsul və metodlarını öyrənən, tətbiq edən tibb sahəsi. Hesab edirlər ki, yunan filosofu Dioskorid ilk dəfə e.ə. I əsrdə mandraqorun narkotik təsirini təsvir etmək üçün anesteziya terminindən istifadə etmişdir.

1721-ci ildə universal etimoloji ingilis lüğətində () anesteziya "hissiyat qüsuru", Britaniya ensiklopediyasında (1771) "hissiyatdan məhrum olma" kimi göstərilir. Cərrahi əməliyyatların aparılmasına imkan verən yuxuya bənzər hal haqqındakı Oliver Uendel Holmsin () fikirləri bu sahəni elm kimi öyrənməyə və onu anesteziologiya termini ilə adlandırmağa səbəb olmuşdur.

Müasir anesteziologiya elmi öz tədqiqat və tətbiqat dairəsini daha da genişləndirmişdir. 1989-cu ildə Amerika Anesteziologiya Şurası () bu sahə üzrə mütəxəssislərin hazırlanması və onların sertifikatlaşdırılması təklifini irəli sürür. Bu ixtisas digər tibbi (cərrahiyyə, daxili xəstəliklər, pediatriya, mama-ginekologiya, kliniki farmakologiya, fiziologiya, patologiya) ixtisas biliklərini özündə cəmləşdirərək, dərin bilik tələb etdiyinə görə unikallığı ilə seçilir.

Vəzifələri 1989-cu ildə Amerika Anesteziologiya Şurası tərəfindən aşağıdakı vəzifələr təyin edilmişdir: Anesteziya öncəsi xəstəyə baxış, məsləhət və hazırlıq; Cərrahi, mama-ginekoloji, terapevtik və diaqnostik invaziv müdaxilələrdə ağrısızlaşdırma və ya keyləşdirməni təmin etmək; Pasientin manitor nəzarəti, əməliyyat öncəsi hemostazların (qanaxmaların dayandırılması) aparılması, kritik şok, koma və s. kimi halların aradan qaldırılması; Reanimasion və intensiv müalicə tədbirlərinin təşkili və icra edilməsi; Tibb personalına ürək-ağciyər reanimasiya tədbirlərini öyrətmək; Tənəffüs çatışmazlığının qiymətləndirilməsi və onun süni tənəffüslə idarə edilməsi; Müalicələrin keyfiyyətini və effektivliyini artırmaq məqsədilə fundamental elmi tədqiqatların aparılması; Xəstəxananın təşkilatçılıq işində, tibb personallarının rasional idarəçiliyində, təcili yardım sisteminin təşkilində iştirak etmək. Anstiozoloqun üzərinə düşən vəzifə böyükdür .

Tarixi

Anestezioloji tədbirlər hələ qədim zamanlardan tətbiq edilməsinə baxmayaraq bu sahə ixtisas kimi XIX əsrin ortalarından formalaşmağa başlamışdır. Qədim dövrlərdə tiryəkdən, kok yarpaqlarından, mandraqorun kökündən, spirtdən, flebotomiyadan — huşun itməsinə qədər venanın kəsilməsi ilə qanburaxma metodlarından istifadə edərək tibbi müdaxilələr aparılırdı. Maraqlıdır ki, qədim misirlilər tiryək və hiossiamus — skopolamin kombinasiyasından istifadə edirdilər. Bu kombinasiya indinin özündə də vena daxilinə premedikasiya məqsədi üçün istifadə edilməkdədir. Məqsəd tiryəkin səbəb ola biləcək arzuolunmaz halların (bradikardiyaların — ürək döyüntüsünün kəskin azalması, hypersalivasiyaların — ağız suyu ifrazının hədsiz artması) qarşısını almaq olmuşdur.

Qədimdə sinirlərin sıxaca almaqla sıxılması və ya onların buz vasitəsilə soyudulması regional anesteziyaya səbəb olurmuş. İnklər yerli anesteziya metodundan istifadə etmişlər. Belə ki, kok yarpaqlarını çeynədikdən sonra, tüpürcəklə qarışmış kütlə yaraların üzərinə məlhəm kimi qoyulurdu.

Bu üsulların kamil olmaması ağrı şokundan, ürək-damar, tənəffüs çatışmazlığından xəstələrin tələf olmaları cərrahiyyənin inkişafını ləngidirdi. Adekvat anesteziya metod və preparatlarına ehtiyac yeni axtarışlara səbəb olmuşdur.

İnhalyasion anesteziya İlk inhalyasion anestetiklər: efir, "şənləndirici qaz" — N2O, xloroform maddələri olmuşdur. Efir ilk dəfə Valerius Kordus tərəfindən 1540-cı ildə kəşf edilmişdir. Lakin 1842-ci ilə kimi ondan təbabətdə istifadə olunmamışdır. Uilyam Klark () və Kroford Long () bir-birindən xəbərsiz efirdən xəstələr üzərində işlərkən istifadə etmişlər. Dörd il sonra 16 oktyabr 1846-cı ildə Bostonda Uilyam T. C. Morton ilk dəfə ictimaiyyətə efir vasitəsilə ümumi anesteziyanı nümayiş etdirmişdir. 1960-cı illərə yeni inhalyasion anestetiklərin: etilxlorid, etilen, siklopropan, trixloretilen və fluroksenin kəşf olunmasına qədər efir yeganə alternativsiz anestetik kimi tətbiq edilmişdir. N2O — "şənləndirici qaz" Yozef Pristli tərəfindən 1772-ci ildə analoji olaraq alınmışdır. Yalnız 1800-cü ildə Hemfri Devi , 1844-cü ildə isə Qardner Kolton və Horasi Uells N2O-dan insan üzərində ümumi anesteziya məqsədilə istifadə etmişlər. Xloroform ilk dəfə bir-birindən xəbərsiz Yustus von Leybiq (), Samuel Gutri () tərəfindən 1844-cü ildə və Yujen Sobeyran () tərəfindən 1847-ci ildə aşkar edilmişdir. Klinikada ilk olaraq xloroformdan ümumi anesteziya məqsədilə Holms Kut () 1847-ci ildə istifadə etmişdir. Xloroformdan ilk dəfə olaraq Ceyms Simpson () akuşerlikdə doğuş zamanı ağrıları azaltmaq məqsədilə istifadə etmişdir. Xloroform aritmogen təsirə malik olduğundan ondan uyun müddətli əməliyyatlarada istifadəsindən imtina edilir. Siklopropan efirlə rəqabətə girəbiləcək anestetik olmuşdur. Lakin onun da efir kimi tez alışma qabiliyyəti təhlükəsiz baxımından əlverişsiz edirdi. Lakin sonralar istehsal olunan tərkibində ftor olan ftorotan (1951), enfluran (1963), izofluran (1973) inhalyasion anestetiklər efirlə və siklopropanla müqayisədə tam təhlükəsiz və xoşagəlməz təsirlərin az olmaları ilə fərqlənərək geniş tətbiqlərini tapmışdırlar. Desfluran yeni dövr anestetiklərindən olub, 1992-ci ildən sintez olunmağa başlanılmışdır. Sələflərindən tez təsirli, bədəndən tez xaric olma, Həlim anestesiya effektliliyi, minimal toksikliyi ilə müsbət şəkildə fərqlənir. Bu hər üç anesteik preparatlardan yalnız N2O tzəif təsirli və boğucu xüsusiyyətə malik olmağı 1868-ci ilə kimi geniş tətbiqini taomır. Lakin Edmund Anryus () N2O-nu oksigenlə qarışıq şəkildə anesteziyada tətbiq edir. Beləliklə də xoşagəlməz hal aradan qaldırılmış olunur. N2O tezliklə məşhurlaşaraq günümüzə kimi tətbiqini taomışdır. Lakin hal hazırda Avropa klinikalarında artıq N2O-dan imtina edilməyə başlanılmışdır.

Yerli və regional anesteziya Göz həkimi Karl Koller (1857–1944) öz üzərində təcrübə apararaq müəyyən etmişdir ki, kokainin dadına baxdıqda dilin ucunun keyiyir. Heyvanlar üzərində tədqiqatlarını genişləndirdikdən sonra 1884 ildə ilk dəfə olaraq insanda apardığı göz əməliyyatında kokain məhlulundan müvəffəqiyyətlə keyləşdirmə məqsədilə istifadə etmişdir. Bubunla da Carl Koller yerli keyləşdirmənin atası kimi elm tarixinə daxil olmuşdur.C. Koller: Vorläufige Mittheilung über locale Anästhesirung am Auge. Beilageheft zu den Klinischen Wochenblättern für Augenheilkunde, 1884; 22: 60–63 1885 ildən Uliyam Halsted (1852–1922) diş əməliyyatlarında kokaindən infiltrativ anesteziya məqsədi üçün istifadə etməyə başlamışdır. 1888-ci ildə Maksimilian Oberst barmağın nəqli anesteziyasını həyata keşdir.H. A. Adams, E. Kochs, C. Krier: Heutige Anästhesieverfahren – Versuch einer Systematik. Anästhesiol Intensivmed Notfallmed Schmerzther 2001; 36: 262–267. DOI 10.1055/s-2001–14470 PMID 11413694 Belə ki, Maksimilian Oberst barmaq oynağından bir qədər yuxarıda hər iki tərəfdə dəri dezinfeksiya edildikdən sonra nazik kanüle vasitəsilə 1–2 ml yerli keyləşdirici inyeksiya etməklə müvafiq sinirlərin () cavabdeh olduqları nahiyəni keyləşdirməyə nail olmuşdur. Alman həkimi Karl Lüdviq Şlerx (1859–1922) 1892 ildə yerli keyləşdirici preparat inyeksiya etməklə keyləşmiş nahiyyədə cərrahi müdaxilə etməklə ifiltrativ anesteziyanı təqdim etmişdir.C.-L. Schleich: Die Infiltrationsanästhesie (lokale Anästhesie) und ihr Verhältnis zur allgemeinen Narkose (Inhalationsanästhesie). Verhdlg. dtsch. Ges. Chir. 1892; 1: 121–127 İlk dəfə olaraq Almaniyanın Kil şəhərində Henrix İreneus Kvinke diaqnostik punktat almaq üçün 1891 ildə lumbal punksiyanı icra etmişdir. Bu məqsədlə o, itibucaqlı "Kvinke iynəsini" icad etmişdir.Quincke HI: Die Lumbalpunktion des Hydrocephalus. Berl Med Wochenschr 1891;28:929–33

İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir.A. Bier: Versuche über die Cocainisierung des Rückenmarks. Dtsch Z Chir 51 (1899): 361–368 Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur.Oehme, Peter: Rückenmarksanästhesie mit Kokain: Die Prioritätskontroverse zur Lumbalanästhesie. Dtsch Arztebl 1998;95(41):A-2556–8 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələ də şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar. 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanıA. Bier: Ueber einen neuen Weg Localanästhesie an den Gliedmassen zu erzeugen. Arch. klin. Chir. 1908; 86: 1007–1016 sınaqdan keçirdmişdir. XX əsrin əvvəllərindən sinal anesteziya sezar kəsiyində istifadə edilmişdir. 1930 ildə spinal anestiziya zamanı ilk ölüm halı qeydə alınmasından sonra bu metoddan istifadə edilmir. lakin 1950-ci illərdən başlayaraq bu metoda daim müraziət edilmiş və inkişaf etdirilmişdir. Günümüzdə bu metod demək olar ki, sezar əməliyyatları üçün anesteziyanın ən məğbul metodu sayılır. *Gogarten W, Van Aken H: A century of regional analgesia in obstetrics. Anesth Analg. 2000 Oct;91(4):773–5. PMID 11004024 1931 ildə Doqliotti peridural boşluğu əldə etməyin "müqavimətin itməsi" metodunu tətbiq etmişdir.M. Heck, M. Fresenius, Repetitorium Anaesthesiologie. Vorbereitung auf die anästhesiologische Facharztprüfung und das Europäische Diplom für Anästhesiologie, səh. 173 ISNB 3-540-67331-8 Springer 2001 1933 ildə isə Qutierrez peridural boşluğu əldə etməyin "asılmış damcı" metodunu tətbiq etmişdir. 1945 ildən peridual boşluğun kateterizasiyası üçün Tuohy – iynəsi tətbiq edilməyə başlanılmışdır. 1949 ildə Çurbelo ilk dəfə olaraq fasiləsiz peridural anesteziya metodunu tətbiq etmişdir.

Vena daxili anesteziya

Anestiziyanın bu üsulu 1855-ci ildə Aleksandr Vud () tərəfindən şprist və iynə icad edildikdən sonra tətbiqini tapmağa başlamışdır. Vena daxili anestetiklərdən barbituratların sintezinə 1916-cı ildən Fişer və fon Merinq tərəfindən başlanılmışdır. Anesteziya üçün istifadə olunan ilk barbiturat dietilbarbitur turşusu (barbital) olmuşdur. 1927-ci ildə heksobarbital sintez edildikdən sonra onların tətbiqi geniş vüsət alır. Tiopental 1932-ci ildə Volviler () və Tabern tərəfindən sintez edilmiş, ilk dəfə Con Landi () və Ralf Uoters () tərəfindən 1934-cü ildə klinikada giriş narkozu — induksiya məqsədilə tətbiq edilmişdir. Bu preparat günümüzdə də giriş narkozu — induksiya üçün geniş tətbiq olunmaqdadır. Metoheksital ilk dəfə 1957-ci ildə V. K. Steltinq () tərəfindən klinikada tətbiq edilmişdir. Bu preparat da günümüzdə giriş narkozu — induksiya üçün geniş tətbiq olunmaqdadır. Midazolam 1976-cı ildə sintez olunmuş, premedikasiya, induksiya, potensiya edici anesteziyalarda geniş istifadə olunur. Ketamin 1962-ci ildə Stivenson tərəfindən sintez olunmuş, klinikada 1965-ci ildə Korssen () və Domino tərəfindən tətbiq edilmişdir. 1970-ci ildən geniş tətbiqini tapmışdır. Ketamin ilk vena daxili anestetikdir ki onun qan dövranı və tənəffüs sistemlərinə neqativ təsiri demək olar ki yox dərəcəsindədir. Etomidat 1972-ci ildə sintez edilmişdir. Etomidatın qan dövranı və tənəffüs sistemlərinə neqativ təsiri minimaldır. Propofol 1989-cu ildən isə demək olar ki, kütləvi tətbiqini tapır. Preparatın həlimliliyi ambulator anesteziya üçün onu əvəzsiz etmişdir.

Miorelaksantlar