Xankəndi stansiyası — Xankəndi dəmiryolu stansiyası 1927-ci ildə yaradılıb. Xankəndi şəhərinin şimalında yerləşirdi. Hazırda bərbad haldadır.
Coğrafiyası Stansiya Xankəndi şəhərinin şimalında yerləşirdi.
Tarixi O dövrdə Yevlax-Xankəndi xəttində elektrik olmadığından Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar teplovozla yola salınırdı. 1962-ci ildə Bakıdan Yevlaxa gedən dəmir yolu xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmir yolu stansiyası Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndidə quruldu. Xankəndi Dəmiryol Stansiyasının fəaliyyəti 1992-ci ilə qədər davam etdi. Xankəndi Dəmiryol Stansiyasının xidmətindən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə bölgələrinin və Laçın rayonunun əhalisi yararlanırdı. 1992-ci ildə Qarabağda baş qaldıran separatizm Xankəndi Dəmiryol Stansiyasının fəaliyyətinə öz mənfi təsirini göstərdi.
Həmçinin bax
Xocalı Hava Limanı
İstinadlar
Kateqoriya:Azərbaycandakı dəmiryol stansiyaları Kateqoriya:1912-ci ildə açılmış dəmiryol stansiyaları Kateqoriya:Xankəndidə nəqliyyat Kateqoriya:Qarabağ iqtisadi rayonu Kateqoriya:Xankəndidəki binalar və tikililər