thumb|ASEAN üzvü olan ölkələr thumb|right|300px|10 ASEAN üzvlərinin bayraqları.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) — 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat.Bangkok Declaration. Wikisource. Retrieved 14 March 2007. O vaxtdan bəri,8 yanvar 1984-cü ildə Bruney Darussalam, 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb.EC. Europa.eu , European Union Relations with ASEAN. Retrieved 29 October 2010.

4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir.

ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir.

2003-cü ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı.

ASEAN'ın ən üst qərar vermə orqanı hər il həyata keçirilən ASEAN dövlət başçıları zirvəsidir. ASEAN ölkələrinin xarici işlər nazirləri də hər il bir dəfə bir yerə gəlir. Bundan başqa əkinçilik və meşəbəyilik, ticarət, enerji, ətraf mühit, maliyyə, sağlamlıq, investisiya, əmək, hüquq, çöl inkişaf, yoxsulluğun azaldılması, telekommunikasiya, beynəlxalq cinayət, nəqliyyat, turizm kimi mövzularda ASEAN ölkələrinin nazirlərinin bir yerə gəldiyi yığıncaqlar təşkil edilməkdədir.

Koordinasiyanın təmin edilməsi və diplomatik münasibətlərdə göstərilməsi məqsədilə ASEAN təşkilatının Pekin, Berlin, Brüssel, Kanberra, Cenova, İslamabad, London, Moskva, Yeni Dehli, Nyu-York, Ottava, Paris, Ər-Riyad, Seul, Tokyo, Vaşinqton və Vellinqtonda nümayəndəlik ofisləri vardır.

İstinadlar

Xarici keçidlər

Təşkilat ASEAN Secretariat Retrieved on 13 March 2007. ASEAN Regional Forum Retrieved on 13 March 2007. BBC Country Profile/Asean Retrieved on 13 March 2007.

Zirvə görüşləri 14th ASEAN Summit 13th ASEAN Summit Singapore official site. Retrieved on 16 September 2007. 12th ASEAN Summit Retrieved on 13 March 2007. 11th ASEAN Summit 12 December-14, 2005, Kuala Lumpur, Malaysia official site. Retrieved on 13 March 2007.

ASEAN təşkilatları ASEAN official directory of ASEAN organisations ASEAN Architect ASEAN Law Association ASEAN Ports Association US-ASEAN Business Council ASEAN-China Free Trade Area

Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:8 avqustda yarananlar Kateqoriya:1967-ci ildə yarananlar