Teatral həyat — Rejissor İlqar Nəcəfin filmi.
Məzmun Filmdəki hadisələr Sovet İttifaqı dağılandan sonrakı illərə təsadüf edir. Filmin qəhrəmanı əyalət teatrlarından birinin aktyorudur. Yaşadığı dövrün xaotik əhval-ruhiyyəsi onun xarakterinə, ruhi vəziyyətinə birbaşa təsir eləyib. Qəhrəman depressiya keçirir. Onun valideynləri də aktyor olub, uşaqlığı səhnədə keçib, səhnədə böyüyüb. Keçmişi çox yaxşı olub, amma indi düşdüyü mühit, təklik onu sıxır, psixoloji sarsıntı içindədir. O, həm də teatrdakı tərəf-müqabili Leylanı sevir.
Film haqqında Filmdə Gəncə Kukla Teatrının aktyorları çəkiliblər.
Filmin çəkiliş texnikası İrandan gətirilib. Elə filmin aşkarlanması da İranda həyata keçirilir.
Festivallar “Orijinal ssenari əsasında qısametrajlı film” nominasiyası — Hyuston.Yeganə. "Teatral həyat" filmi Hyustonda mükafat alıb: [eyni adlı film beynəlxalq kinofestivalda “Orijinal ssenari əsasında qısametrajlı film” nominasiyasına layiq görülmüşdür] //Mədəniyyət.- 2011.- 8 iyul.- S. 5.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: İlqar Nəcəf Quruluşçu rejissor: İlqar Nəcəf Quruluşçu operator: Adil Abbasov Quruluşçu rəssam: Əziz Məmmədov Bəstəkar: Firudin Allahverdi Rejissor: Çingiz Həsənov Operator: Fərşid Əlizadə Qrim rəssamı: Elbrus Vahidov Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: İlqar Kazımov Montaj: Səbuhi Əhədov Rejissor assistenti: Əlizamin Əzimov Operator assistentləri: Ceyhun Quliyev, Elxan Rüstəmov Prodüser assistenti: Elşən Bədəlov Dekorator: İbrahim Əminov Geyim üzrə assistent: Məlahət Əhmədova İşıqçılar: Emin Yəhyayev, Qabil Yəhyayev Xüsusi çəkiliş texnikası: Aqil Həsənov, Qabil Yəhyayev Kamançada ifa edən: Xəyyam Məmmədov Tar və bas tarda ifa edən: İlkin Həsənli Kanonda ifa edən: Səda Həsənova Balabanda ifa edən: Fuad Ağayev Nağarada ifa edən: Mehran İsmayılzadə Post-prodakşn üzrə koordinator: Məcid Fərdi Ənvər İcraçı prodüserlər: Çingiz Həsənov, Vidadi Rüstəmov, Tərlan Babayev, Vüqar Nağıyev Kreativ prodüser: Asif Rüstəmov Prodüser: Əli İsa Cabbarov
Rollarda Rasim Cəfərov — aktyor Sevinc Həsənova — Leyla Rövşən Almuradlı — rejissor İqrar Salamov — sahə müvəkkili Mahir Dərviş — birinci xuliqan Oktay Mehdiyev — ikinci xuliqan Qurban İsmayılov — Leylanın atası Xudayət Əsgərov — Leylanın atasının dostu Amid Qasımov — aktyorun atası Nigar Quliyeva — aktyorun anası Sərxan Quliyev — aktyorun uşaqlığı Fərmail Paşayev — teatr truppasının aktyoru Yaqut Xasıyeva — teatr truppasının aktyoru Səməd Xanəhmədov — teatr truppasının aktyoru Zülfiyyə Əliyeva — teatr truppasının aktyoru Mahirə Nağdəliyeva — teatr truppasının aktyoru Nahidə Namazova — teatr truppasının aktyoru Elmar Vəliyev — teatr truppasının aktyoru Nağəddin Məmmədov — teatr truppasının aktyoru
Çəkilişə köməklik edən qurumlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsi Gəncə İcra Hakimiyyəti Gəncə Kukla Teatrı Dövlət Yol Polisi
Çəkilişə kömək edənlər Qüdrət Məmmədov (polkovnik-leytenant) Etibar Əliyev (polis mayoru)
İstinadlar
Xarici keçidlər Filmi izlə
Kateqoriya:2009-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Gəncədə çəkilən filmlər