Şahmar Mahrızlı () – həkim, şair, "Qızıl qələm" media mükafatı laureatı.
Həyatı Məmmədov Şahmar Hüseynalı oğlu 1 may 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində dünyaya gəlib.
1961-ci ildə Mahrızlı kənd orta məktəbinin I sinfinə qədəm qoymuş və 1971-ci ildə həmin orta məktəbi bitirmişdir.
O, 1978-ci ildə indiki Azərbaycan Tibb Universitetini bitirib.
1978–1990-cı illərdə Rusiyanın Tver vilayətində həkim işləyib.
1990-cı ildən Bakı şəhərindəki 8 №-li poliklinikada iynərefleksterapevt işləyir.
Şahmar Məmmədov eyni zamanda şairdir, "Qızıl qələm" media mükafatı laureatıdır.Tacir Səmimi, "Könül dünyasından yarpaqlar", Bütöv Azərbaycan qəzeti, 2011.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları