Liu Kenq () - "Mortal Kombat" oyun seriyasında olan əsas personajlardan biridir. Bo Rai Çonun keçmiş tələbələrindən biridir

Xarakteristika Liu Kenq kiçik yaşlarında Şaolin məbədində təlim almışdır. Həmin vaxtlarda "Ölümcül döyüş" turniri, Şanq Tsunq və Qoro haqqında əfsanələr eşitmişdir. Şaolin məbədi başçıları Liu Kenqi "Ölümcül döyüş" turnirində heyət üzvü sırasında təmsil etmək üçün ona döyüş sənətlərinin sirrini öyrətmişlər. Liu Kenq bu turnirə qatıldıqdan sonra ilk rəqiblərini məğlub edir. Ardınca Kunq Laonu məğlub etmiş və bu qələbəni 500 il qoruyan Qoronu məğlub edir. Şanq Tsunqa qalib gəldikdən sonra "Ölümcül döyüş" turnirinin qalibi olur. Turnirdən sonra Şanq Tsunqun adası məhv olur və Liu Kenq Şaolin məbədinə qayıdır. Lakin Şanq Tsunq sağ qalmışdır. Şanq Tsunq qərara gəlir ki, bu turniri Xarici Dünyada keçirsin. Çünki turnirə Yer döyüşçülərini cəlb edərək, onları asanlıqla məğlub edəcək və planını müvəffəqiyyətlə həyata keçirəcəkdir. Liu Kenq isə Yer döyüşçüləri sırasında Şao Kannın döyüşçülərinə qarşı mübarizə aparmağa başlayır.

Xarici keçidlər Liu Kenq Mortalkombat.wikia.com

Kateqoriya:Mortal Kombat personajları Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Oyunların gizli personajları Kateqoriya:Videooyun talismanları Kateqoriya:Videooyun antaqonistləri Kateqoriya:Videooyun protaqonistləri Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Videooyun antaqonistləri Kateqoriya:Metamorf personajlar Kateqoriya:Film personajları Kateqoriya:Atəş gücünə malik personajlar Kateqoriya:Yavaşladılmış qocalmaya malik uydurma personajlar Kateqoriya:Uydurma əjdahalar Kateqoriya:Uydurma imperatorlar Kateqoriya:Uydurma tanrılar