Zahid Məmmədov (Zahid Fərrux oğlu Məmmədov; ) — Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, iqtisad elmləri doktoru, professor (üç ölkənin diplomuna sahibdir — RF, TC, AR).professor Zahid Fərrux oğlu Məmmədov , Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə "Fəxri Fərman" (2011), Azərbaycan Respublikasının "Əməkdar müəllim"i (2020)Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" mükafatları laureatı (2015). 2024-cü ildə Zahid Məmmədov həmçinin Təhsilin inkişafına yönələn kreativ təkliflərə görə "Firidun bəy Köçərli" adına mükafata layiq görülüb.
Zahid Məmmədov UNEC Avrasiya Beynəlxalq Elmi-tədqiqat Mərkəzinin rəhbəridir.
Həyatı Zahid Məmmədov 31 mart 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur (valideynləri Agdam r., Abdal- Gülablı kəndindən və Füzuli r., Kürmahmudlu kəndindədir). 1972–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin tam kursunu fərqlənmə ilə bitirib. 1979–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin komsomol komitəsinin katibi seçilmişdir. 1982-ci ildə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnsitutunun maliyyə-kredit ixtisasına daxil olmuşdur. 1983–1985-ci illərdə SSRİ, RF Arxanqelsk vilayətində yerləşən hava hücümlarından müdafiə qoşunlarına bağlı hərbi həssədə xidmətdə olub, hərbi xidmət illərində hərbi hissənin komsomol komitəsinin katibi və radio stansiyanın rəisi vəzifəsində çalışıb.
Təhsili Ali və elmi-pedaqoji təhsili 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnsitutunun Bakı filialının "Maliyyə–Kredit" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1985–1987-ci illərdə D. Bünyatzadə adına Xalq Təsərrüfatı insitutunun ictimai peşə fakültəsinin hüqüqşünas şöbəsini btirmiş və ona hüqüqşunas ixtisası verilmişdir. 1990–1993-cü illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli aspirant kimi təhsil aldı. 1994–1998-ci illərdə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetində Bankçılıq ixtisası üzrə dövlət təyinatlı-məqsədli doktoranturada təhsil aldı. 2003–2006-cı illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli iqtisad elmləri doktoru proqramı üzrə təhsil almışdır.
Fəaliyyəti Əmək fəaliyyəti 1988-ci ildə RSFSR Təhsil Nazirliyinin 585 saylı göndərişinə əsasən Leninqrad Maliyyə İqtisad İnstitutunda gənc mütəxəssis kimi işə qəbul olunub. 1993–1994-cü illərdə Sankt-Peterburq dövlət Maliyyə İqtisad Universitetininə müəllim və Sankt-Peterburq Fond birjası Depozitar Klirinq Trast Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub.professoru Sankt-Peterburq Dövlət İqtisad Universitetinin yubileyində 1994–2011 Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasında baş müəllim, dosent vəzifəsində çalışıb.*Azerbaycan Devlet İktisat Üniversitesi Heyetinden Muzaffer Elmas’a Ziyaret… 2004–2006-cı illərdə "Barmek" şirkətlər qrupunda müşavir olub. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun elmi işlər müşaviri olub.differensial əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib" UNEC alimləri beynəlxalq forumda çıxış ediblər 2011–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının professoru. 2011–2012-ci illərdə RF Forex Club şirkətində makroiqtisadi tədqiqatlar mərkəzinin direktoru vəzifəsində çalışıb. 2013–2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının müdiri vəzifəsinə seçilib."Thomson Reuters"in nümayəndəsi iqtisadiyyat fakültəsində ВЫХОД – Журнал "world economics magazine" 2016–2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Elm" şöbəsinin müdiri vəzifəsinə təyin olundu. 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Elmi fəaliyyətin təşkili və idarə edilməsi" departamentinin direktoru vəzifəsindədir. 2019-cu ildə Azərbaycan Televiziyasında (AzTV), şənbə saat 19.30 "Bizness klass" verilişinin ideya müəllifi və aparıcısı olub. 2019-cu ildən İşıq Universitetinin iqtisadiyyat şöbəsinin professorudur. Belarus Dövlət iqtisad universitetinin qonaq professoru Sakarya Universitetinin qonaq professorudur. 2025-ci ildən UNEC Biznes Məktəbi, "Biznesin idarə edilməsi" kafedrasının professorudur. 2026-cı ildən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini vəzifəsində çalışır.
Elmi dərəcələri və elmi adları 22 aprel 1993-cü ildə — SSRİ Nazirlər Şovetinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol № 34) iqtisad elmləri namizədi (PhD) alimlik dərəcəsinə layiq görülüb. 15 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilib (protocol № 15). 27 oktyabr 1998-ci ildə TC Marmara Üniversitesi Bankaçılık və sığortaçılık enstitüsünün qərarı ilə Bankaçılık elmləri doktoru ünvanı və diploma verilib (diploma № 11). 16 noyabr 2007-ci ildə RF Ali Attestasiya Komissiyasının qərari ilə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2 may 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 30 mart 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib.
Respublika və beynəlxalq elmi-ictimai fəaliyyəti 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün yaradılmış dissertasiya şurasının, sonradan isə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün yaradılmış dissertasiya şurasının üzvüdür. 12 dekabr 2006-cı ildə Rusiya Federasiyası Mərkəzi Bankı Sankt-Peterburq Baş idarəsi və Rusiya Banklar Birliyinin birgə keçirdiyi konfransda" bank böhranının infeksion xarakterti" mövzusunda çıxışına görə diplomla təltif olundu (oriqinal mövzu ilə cıxışına görə). 4–6 aprel 2007-ci ildə Rusiya Banklar Birliyinin XVIII qurultayının iştirakçısı olub və Rusiya Banklar Birliyinin rəsmi orqani "Milli Bank Jurnalı" jurnalında Azərbaycanın bank sistemi haqqında müsahibəsi dərc edilmişdir. 29 yanvar 2009-cu il Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin il tarixli Sərəncamı ilə (№ 16) iqtisadçı alimlərdən ibarət "işçi qrupu"nun koordinatoru təyin edilmişdir. 22 dekabr 2009-cu il tarixli — Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının 6/4 nömrəli qərarı ilə iqtisadiyyat üzrə problem şurasının üzvü təyin edilmişdir. 30 may 2008-ci il tarixli (protokol № 10-R) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə 08.00.10. – "Maliyyə, pul tədavülü, kredit" ixtisas şifri üzrə ilə iqtisadiyyat elmləri üzrə ekspert şurasının üzvü təyin edilmişdir. 6 fevral 2009-cu il tarixli (protokol № 02-R) — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin ekspert şurasına yeni dönəm üçün yenidən üzv təyin edilmişdir. 19 fevral 2010-cu il tarixli (protokol № 04-R) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə ekspert şurasının sədr müavini təyin edilmişdir.
Kitabları Zahid Məmmədov 12 dərslik və dərs vəsaitinin, 25 monoqrafiya, 2 bədii-publisistik kitab, 5 metodik vəsait, 5 dərs proqramı, Beynəlxalq nüfüzlü və RF AAK-nın tövsiyə etdiyi elmi nəşrlərdə 100-dən çox elmi məqalələrin müəllifidir. Ən yeni iqtisadiyyat. Bakı.-2001. 320 c. Dünya təcrübəsi kontekstində Azərbaycan iqtisadiyyatı. Bakı: Azerneşr, 2008. 400 c.
Dərsliklər "Bank fəaliyyətinin əsasları", 2013 "Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi", 2012 "Pul, kredit, banklar", 2010 "Pul, kredit və banklar", Suallara cavab "Деньги, кредит, банки" Bank işi (I cild) Dünya maliyyə, valyuta-kredit siyasətinin müasir arxitekturası Beynəlxalq əhəmiyyətli elmi jurnallardakı məqalələri "Посткризисная модернизация банковской системы Турции" "Вестник финансовой академии" № 1 (55) 2010 г. "Реформирование банковского сектора Турции после кризиса 2001 года" "Особенности деятельности центрального банка Азербайджана" Banklar haqqında normativ- hüquqi aktlar toplusu. Bakı, Qanun, 2009. 1092 s. Dövlət maliyyəsi normativ- hüquqi aktlar toplusu. Bakı, Qanun, 2010. 1000 s.
Digər vəsaitlər
З.Мамедов. "Алгоритм перехода к сильной экономике: мировой опыт и азербайджанская практика", 2016ilə "Thomson Reuters" agentliyi birgə konfrans keçirəcək Z. Məmmədov. "Bank fəaliyyətinin əsasları", 2015 (Dərs vəsaiti) Z. Məmmədov. "Bank fəaliyyətinin əsasları", 2013 Z. Məmmədov. "Pul, kredit, banklar", 2010 "Müasir maliyyə-kredit institutlarının fəaliyyət istiqamətləri" fənni üzrə TƏDRİS PROQRAMI "Bank sistemində böhran və antiböhran idarəetmə" fənni üzrə proqram Maliyyə bazarları terminlərinin İZAHLI LÜĞƏTİ Глоссарий основных страховых терминов "Bankların xarici-iqtisadi fəaliyyətinin əsasları" tədris fənninin PROQRAMI "Bank nəzarəti və audit" fənninin PROQRAMI "Maliyyə, pul tədavülü və kredit" fənni üzrə tədris PROQRAMI "Pul-kredit tənzimlənməsi" fənni üzrə tədris PROQRAMI "Beynəlxalq valyuta və kredit münasibətləri" fənni üzrə tədris PROQRAMI "Bank uçotu" fənninin tədris proqramı "İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi" fənninin tədris proqramı "Pul və banklar" fənninin tədris proqramıvə banklar" fənninin tədris proqramı "Bank işi" fənni üzrə proqram (XİQ üzrə) Qiymətli kağızlar fənninin proqramı "Pul-kreditin tənzimlənməsi" fənni üzrə imtahan sualları (Magistratura) 5301.01. "Daxili fiskal siyasət və dövlət maliyyəsi" Elm sahəsi üzrə fəlsəfə doktoru proqramı İxtisas fənn Proqramı Состояние и перспективы развития космической промышленности Азерб. в условиях экономики знаний Анатомия финансового кризиса: валютный, долговой, фондовый и банковский Xalq kapitalizminin formalaşmasında və inkişaf etməsində qiymətli kağızlar bazarının rolu Magistr dissertasiyalarının hazırlanması, təqdim olunması və müdafiəsi haqqında Metodik Göstəriş Elmi və elmi-pedaqoji kadr hazırlığının hüquqi əsasları (Metodiki vəsait) Modern ali məktəb: məqsədlər, vəzifələr, problemlər və perspektivlər
Təltif və mükafatları 19 oktyabr 1983-cü ildə – № 48 "воин спортсмен" döş nişanı ilə təltif edilib. 18 may 1984-cü ildə – "Sovet Ordusunun əla işçisi" döş nişanı ilə təltif edilib. 6 dekabr 2010-cu ildə – Sankt-Peterburq İdarəetmə və İqtisadiyyat Akademiyası Elmi Şurasının qərarı ilə I dərəcəli "Şərəf" ordeni ilə təltif edilib (№ 280). 27 sentyabr 2011-ci ildə – Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə "Fəxri Fərman" ilə təltif edilib. 27 aprel 2015-ci ildə – Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə "Azərbaycan Respublikası Qabaqcıl təhsil işçısı" döş nişanı ilə təltif edilib. 24 sentyabr 2020-ci ildə – Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə — Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" Azərbaycan Respublikasının fəxri adı verilib. 2024-cü ildə Təhsilin inkişafına yönələn kreativ təkliflərə görə "Firidun bəy Köçərli" adına mükafata layiq görülüb. Həmçinin bax Azərbaycan Dövlət İqtisad Universiteti İstinadlar
Xarici keçidlər
Zahid Məmmədov: "İstifadə edilməyən torpaqların sahibləri "sərvət vergisi" ödəməlidirlər" 31 YANVAR 2020 İslahatların əsas məqsədi sahibkarlığın şəffaflaşmasını təşviq etməkdir 18 DEKABR 2019 AzTV-də yeni layihələrə start verilib — "Biznes klass" verlişi…+ VİDEO UNEC Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır