Talış-Muğan Respublikası və ya Talış-Muğan Muxtar Respublikası — 1993-cü ildə Azərbaycanın tərkibində yaradılmış qondarma muxtar respublika.

1993-cü ilin iyununda ölkənin cənubundakı beş rayonun ərazisində yaradılmış, qərargahı Lənkəran şəhərində yerləşən hərbi briqada tərəfindən nəzarət edilirdi. Faktiki olaraq, 1993-cü ilin avqustunda süqut etdi. Talış-Muğan Respublikasının yaradılmasının ilk təşəbbüskarı Azərbaycan Xalqlarının Bərabərlik Partiyası olmuşdur. Həmin partiyanın ilk əvvəl Talış Milli Partiyası kimi yaradılmışdır. Tomas de Vaalın fikrincə Ələkrəm Hümbətovun bu addımında məqsəd Ayaz Mütəllibovu hakimiyyətə yenidən qaytarmaq idi.Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında, NYU Press, 2004 Buna baxmayaraq, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisi Ələkrəm Hümmətovun, eləcə də onun azsaylı tərəfdarlarının niyyətlərini rədd etmişdilər.

Zəmin SSRİ-də Yenidənqurma illəri dəyişikliklər barədə illüziyaya səbəb oldu. Talışların yenidən öz qəzetləri peyda oldu, "Avesta" mədəni cəmiyyəti yarandı və Talış muxtariyyətini bərpa etmək məqsədi daşıyan Talış Milli Partiyası yaradıldı. 1980-ci illərin ikinci yarısında talışlar dəfələrlə Sov. İKP MK-ya müraciət edərək onlara muxtariyyət verilməsini xahiş etmişdilər. SSRİ-nin dağılmasından sonra AXC-nin Lənkəran bölməsinin liderləri polkovnik Ələkrəm Hümbətov və şair Əli Nasir AXC-nin proqramına Talış Muxtar Respublikasının elan edilməsi tələbini daxil etdilər.Yaddaş müharibəsi: Zaqafqaziyada miflər, identiklik və siyasət V. A. Şnirelman, səh 118 Bu haqda kitab yazan Sultan Məmmədov kitabında Talış Muğan Respublikasının yaradılmasının bir başa Moskva ilə əlaqəsi olduğunu təsdiq edirdi. Həmin dövrdə Astara rayonunda Raykom Katibi vəzifəsində çalışan Sultan Məmmədov yazır:

Əlikram Hümbətov ANS kanalına verdiyi müsahibədə Astara talışlarını terrorçu adlandırır. Sultan Məmmədov Talış dövlətinin yaradılmasını əslində Qorbaçov və havadarlarının SSRİ-ni dağıtmağın ilk mərhələsi hesab edir.

İstinadlar

Xarici keçidlər "Xainlər" Filmi Kateqoriya:1993-cü ildə Azərbaycan Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:1993-cü ildəki hadisələr Kateqoriya:Azərbaycanda separatizm Kateqoriya:Talış-Muğan böhranı Kateqoriya:1993-cü ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:1993-cü ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:1993-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:1993-cü ildə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:1993-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Azərbaycanda separatizm Kateqoriya:Azərbaycanın siyasi tarixi Kateqoriya:Azərbaycanla bağlı dövlətlər Kateqoriya:Lənkəran Kateqoriya:Qısaömürlü dövlətlər Kateqoriya:Talış tarixi Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Yaxın Şərqdə tarixi dövlətlər