Azərbaycan operası — operanın qollarından biri. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) Üzeyir Hacıbəyovun Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur.Qarabağlı S. Şərqin 95 yaşlı ilk operası [«Leyli və Məcnun»]. «Musiqi Dünyası», № 1-2, 2003, s.58-61.Tamaşaçı. Məcnun obrazının traktovkası haqqında. «Ədəbiyyat qəzeti». № 15, 1939, 17 aprel, s.14.Qubad. Sönməyən şöhrət: («Leyli və Məcnun» operasının tamaşaya qoyulmasının 60 illiyi münasibətilə). 1968.Ələsgərov S. Layiqli töhfə: (Ü.Hacıbəyovun musiqi əsərləri küliyyatının ilk nəşrinin I cildi. «Leyli və Məcnun» operasının partiturası). «Kommunist», № 284, 1983. 11 dekabr, s.4. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli opera, məhz, Üzeyir Hacıbəyovun – "Şeyx Sənan" (1909, opera), "Ər-arvad" (1909, operetta), "Rüstəm və Söhrab" (1910, opera), "O olmasın, bu olsun" (1911, operetta), "Fərhad və Şirin" (1911, opera) və s. kimi əsərləri sayəsində inkişaf edib. Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir.

Zülfüqar Hacıbəyov ("Aşıq Qərib" 1916), Müslüm Maqomayev ("Şah İsmayıl" 1919), Əfrasiyab Bədəlbəyli ("Nizami" 1948), Fikrət Əmirov ("Sevil" 1955) və digər bəstəkarlar da Azərbaycan opera sənətinə öz töhfələrini vermişlər.

Tarixi XIX əsr Bakıda opera ilk dəfə 1889-cu ilin mayında konsert ifasında səslənmişdir. Bu o zaman Bakıda qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi. Lakin bir çox musiqiçilər D.A.Aqrenyev-Slavyanskinin fəaliyyətinin bəzi tərəflərini mənfi qiymətləndirərək, repertuarın qeyri-bərabərliyi, ifaçılıq üslubunda həddən artıq zahiri teatr elementlərinin istifadə olunması haqda tənqidi qeydlərlə çıxış edirdilər. İki dəfə 1889-cu ilin dekabrında isə Tbilisi opera artistlərinin qastrol konsertləri olmuşdur. 19 gün ərzində 19 tamaşa göstərilmişdi, onlardan 15-i opera əsəri (11-i qərbi Avropa bəstəkarlarının, 4-ü isə rus bəstəkarlarının əsəri) idi. Tbilisidən orkestr, xor, balet və dekorasiyalarla birgə bütün truppa heyəti gəlmişdi. Tiflis truppası artistlərinin çıxışları çox hərarət və rəğbətlə qarşılandı. O zaman "Kaspi" qəzeti yazırdı:

Kütlələrin operaya olan marağı heç də Azərbaycan paytaxtı sakinlərinin musiqi zövqünə zidd deyildi. Bütün bunlar gələcəkdə Azərbaycanda opera incəsənətinin təsdiqinə ümid yaradırdı.

1890-cı illərdə Bakının teatr həyatı çox rəngarəng və maraqlı olmuşdur. Buraya çoxlu kollektivlər və artistlər gəlirdilər: Tiflis opera truppası, Peterburq balet artistləri truppası, V.N.Lyubimovun truppası (Dirijorlar - V.S.Plotnikov və B.A.Truffi ilə), məşhur opera müğənniləri - Fedor Şalyapin, Nikolay Fiqner, Yevgeniya Mravina, Anton Vladislavoviç Sekar-Rojanski və digərləri.

Qeyd etmək lazımdır ki, bütün tamaşalar operaların göstərilməsi üçün yenidən təchiz edilmiş sirk səhnəsində keçirilirdi. Artıq 1883-cü ilin 27 noyabrından Hacı Zeynalabdin Tağıyev teatrının açılmasına baxmayaraq, teatrın sahibkarları öz maddi maraqlarını nəzərə alaraq yalnız operetta və dramatik tamaşalara üstünlük verir, opera truppalarını isə dəvət etmirdilər.

XX əsrin ilk yarısı thumb|Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı XX əsrin əvvəllərində Şuşada və Bakıda verilən musiqili səhnəciklərin və «Şərq konsertləri»-nin Azərbaycanda milli operanın yaranmasında da böyük rolu olmuşdur. Bu faktı bəstəkar Üzeyir Hacıbəyov özü belə təsdiq etmişdir:

1900-cü ildən başlayaraq, Bakıya demək olar ki, hər il (1901 və 1913-cü illərdən başqa) opera truppaları gəlirdi. Onlardan ən əhəmiyyətliləri (1904) A.A.Eyxenvaldın (1910) və D.X.Yujinanın (1912) truppaları idi. Bundan başqa, o dövrdə Sankt-Peterburqun Mariinski teatrının məşhur ulduzları - O.İ.Preobrajenski, L.Q.Kyakşt, Y.N.Sedova və b. iştirak etdiyi balet truppasının qastrolları çox nadir hal sayılırdı. 1908-ci il yanvarın 25-də Tağıyev teatrında Üzeyir Hacıbəyovun ilk operası olan "Leyli və Məcnun"-un ilk tamaşası olmuşdur.İsayeva S. «Leyli və Məcnun» Türkiyəyə yola düşür. «Avrasiya», 1998, 23 oktyabr, s.8."C.Məmmədquluzadə və Ü.Hacıbəyovun pedaqoji fikirləri". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. - səh. 356. Azərbaycan mədəniyyətin daxilində yaranan bu opera Azərbaycan musiqisində opera janrının formalaşması və təşəkkül tapmasının başlanğıcı idi.Hüseynov Ş. «Leyli və Məcnun» operası – 95. «Günay», № 4, 2003, 25-31 yanvar, s. 7,11.«Xalq qəzeti», № 5, 1998, 8 yanvar, s.7.

1911-ci il fevralın 28-i Bakıda Azərbaycan musiqi mədəniyyəti tarixinə Azərbaycanda musiqi professionalizminin formalaşması və milli opera janrının bünövrəsinin qoyulmasını təyin edən yeni mərhələnin başlanğıcı kimi daxil olmuşdur. Həmin gün sənaye sahibkarları olan Mailov qardaşlarının vəsaiti hesabına mühəndis N.Q.Bayev tərəfindən tikilmiş Böyük opera teatrının binası açılmışdır. O vaxtdan etibarən opera incəsənətində baş verən mühüm hadisələr bu teatrla bağlı olmuşdur.

200px|thumbnail|Üzeyir Hacıbəyov, 1913-cü il

"Leyli və Məcnun" operasının müvəffəqiyyəti Üzeyir Hacıbəyovun yaradıcılığında opera və musiqili-komediya janrlarında fəal çalışmağa sövq etdi.Xəlilov R. Füzüli şerinin bəstəkar qardaşı; –İsmayılovoğlu A. «Leyli və Məcnun» məktəbi –Rəsülzadə M.Ə. İki «Leyli və Məcnun». «Ədəbiyyat qəzeti», № 42, 1996, 1 noyabr, s.9-10. Hacıbəyov "Leyli və Məcnun"dan sonra "Şeyx Sənan" (premyerası - 30.11.1909), "Rüstəm və Zöhrab" operalarını (premyerası 12.11.1910-cu il), "Ər və arvad" musiqili komediyasını (premyerası - 24.5.1911), daha sonra "Şah Abbas və Xurşid Banu" o (premyerası - 12.3. 1912), "Əsli və Kərəm" (premyerası - 18.5.1912), "Harun və Leyla" operalarını (1915-ci il) yazsa da, lakin səhnəyə qoyulmadı. Hacıbəyovun ən məşhur musiqili komediyalarından biri, bu günədək bütün dünya teatrlarının səhnələrində tamaşaya qoyulan "Arşın mal alan" musiqili komediyası (premyerası 25.10.1913) oldu. Hacıbəyovun inqilabdan əvvəlki əsərləri içərisində ən çox bu əsər Zaqafqaziya, Orta Asiya və Rusiyanın bir çox şəhərlərində tamaşaya qoyulmuşdur. Hələ o zaman "Arşın mal alan" gürcü, rus, tatar, özbək, fars, türk dillərinə tərcümə edilmişdi. Bu musiqili-komediyanın müvəffəqiyyəti, mütərəqqi ictimaiyyətin diqqət mərkəzində olan "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid Banu" operaları və "O olmasın, bu olsun" musiqili komediyası ilə yanaşı geniş dinləyici auditoriyasını musiqili-səhnə incəsənətinə daha çox cəlb edirdi.Məcnun köhnədir, ifaçısı təzə:(opera solisti Səfa Qəhrəmanov). «Səhər», № 50, 1994, 5 may, s.4.

1921-ci ildə təşkil edilmiş Azərbaycan teatrlarının bədii səviyyəsinin yüksəldilməsi üzrə Şuranın üzvü olan Üzeyir Hacıbəyov milli musiqi səhnə incəsənətinin inkişafına böyük köməklik göstərmişdir. 1925-ci ildə Hacıbəyov teatrın yenidən qurulması məqsədilə rus və azərbaycan opera truppalarının vahid bir kollektivdə birləşdirilməsinə imkan yaratmış və bu, hal-hazırda Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsasını təşkil etmişdir. Üzeyir Hacıbəyovun 1920-30-cu illərdəki geniş şaxəli və dərin mə'nalı musiqi-ictimai fəaliyyəti bəstəkarın opera janrı üzərində işini dayandırmadı. Əvvəlki kimi Hacıbəyovu yenə də opera yazmaq fikri narahat edirdi. 1932-ci ildə o, bilavasitə yeni opera əsəri üzərində işləməyə başladı və bu janrın ən yüksək meyarlarına uyğun gələn əsil milli opera - "Koroğlu"-nu yaratdı. 1937-ci ildə premyerası olan həmin əsər - bəstəkarın yaradıcılıq zirvəsini təşkil etdi.

Eyni zamanda bu dövrdə Müslüm Maqomayev "Nərgiz" operasını (1935), R.M.Qliyer isə "Şahsənəm" operasını yazır. Operaların müvəffəqiyyəti gənc bəstəkarları yeni opera əsərləri yazmağa ruhlandırır. 1940-cı illərdə Niyazinin "Xosrov və Şirin" operası, Cövdət Hacıyev və Qara Qarayevin "Vətən" operası, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası və b. yazılmışdır. 1953-cü ildə Fikrət Əmirovun "Sevil" operası tamaşaya qoyulmuşdur.

1960-cı illər

1970-ci illər

1980-cı illər

1990-cı illər

2000-ci illər

2010-cu illər thumb|˝Leyli və Məcnun˝ muğam operası. Məcnun rolunda Mənsum İbrahimov

2012-ci il noyabrın 10-da bəstəkar Üzeyir Hacıbəyovun ˝Leyli və Məcnun˝ muğam operası ilk dəfə ABŞ-də nümayiş etdirilib. 2017-ci ildə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb. İki il müddətində ərsəyə gələn "Səyyah Sindibad" adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur.

Azərbaycan operasının janrları

Muğam operası 1908-ci ilin 12 yanvarında milyonçu Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan ilk muğam operası böyük müvəffəqiyyət qazandı. Bunun əsas səbəbi Azərbaycan xalqının öz teatr səhnəsində milli operanın işıq üzü görməsini səbirsizliklə gözləməsi idi. Bu operada muğam ilə məşhur klassik süjet uğurla birləşdirilmişdi. "Leyli və Məcnun" Azərbaycanın ilk muğam operası kimi tarixə düşmüşdü. Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” (1916), Müslüm Maqomayevin “Şah İsmayıl” (1916) operaları bu janrın maraqlı nümunələridir. Bu ənənə XX əsrin ikinci yarısında da bəstəkarlar tərəfindən davam etdirilmişdir. Şəfiqə Axundovanın “Gəlin qayası”, Cahangir Cahangirovun “Xanəndənin taleyi” operaları bu qəbildəndir. Ramiz Mustafayevin “Vaqif”, Vasif Adıgözəlovun “Natəvan” operalarında dövrün görkəmli xanəndələrinin obrazlarını canlandırmaq üçün əsərin musiqi məzmununda muğamlardan istifadə edilmişdir.

Azərbaycan operalarının xronologiyası