Ölümcül dost () — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmi. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmi. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir.
Seçilmiş sitatlar Filmin seçilmiş sitatlarıÖlümcül dost filminin seçilmiş sitatları Yoxlanılıb: 24 sentyabr 2014 aşağıdakılardır: O sənsiz yaşaya bilmir () Bəzi insanlara yalnız ölmək yaxşıdır () Kim qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur () Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün! () Qarabasmaların hamısı heç də Qarağac küçəsində baş vermir ()
Məzmun
Filmin əvvəlində küçə oğrusu maşına girmək istəyir. Lakin onu robot əli boğmağa başlayır. Oğru geri qaçır və yandan maşına pərişan halda baxır. Bu zaman Pol və anası maşına daxil olur. 15 yaşlı Pol Konvey (Metyu Labortö) universitetin ən yaxşı tələbəsidir. Polun BB (Bi-Bi) adında robotu vardır. Bu robot Polun ən yaxın dostudur. Bir müddət keçdikdən sonra Pol Samanta (Kristi Svenson) adlı qıza aşiq olur. Pol, Samanta və Slaym günlərinin çoxunu əyləncələrlə keçirirlər. Onlar Samantanı qısaca "Sem" çağırırlar. Dostlar Elvira Parker (Enn Remsi) adında qocaya nifrət edirlər. Ona görə ki, qoca arvad cavan dostları həmişə təhqir edir. Məhz onların oyun topu qocanın həyətinə düşəndə, qoca topu öz evinə qoyur. Bir gün Hellouin bayramı gecəsində dostlar toplarını geri qaytarmaq niyyətinə düşürlər. Lakin qoca yuxudan oyanır və əlinə silahını götürür. Bu zaman Polun robotu söndürməsinə baxmayaraq Bi-Bi sıradan çıxaraq qəflətən qocanın üzərinə hücum edir. Elvira ona bir neçə dəfə atəş açaraq, onu məhv edir. Bu hadisədən dostlar çox pərişan olurlar.
Bir gün Polun sevdiyi qız Samanta evə qayıdan zaman əvvəldə olduğu kimi atasının hücumuna məruz qalır. Lakin bu dəfə Samanta atası tərəfindən öldürülür. Bundan xəbər tutan Pol dərhal xəstəxanaya gəlir. Xəstəxanada olan zaman eşidir ki, Samantanı xilas etmək mümkün deyil. Ona görə ki, onun beynini bir neçə saat keçdikdən sonra kompüterdən ayıracaqlar. Bunu eşidən Pol Slaymın yanına gələrək, onun maşınını istəyir. Slaym əvvəlcə razı olmasa da, sonra onunla razılaşır. Pol gizlincə olaraq xəstəxanaya daxil olur. Pol Samantanın bədənini Slaymın maşınında qaçırır. Gecə vaxtı Pol onun üzərində əvvəldə olduğu kimi eyni eksperimenti aparır. Onun beyninin üzərinə çip qoyur. Bu zaman Samantanın ayağı tərpənir. Slaym bundan heyrətlənərək huşunu itirir. Lakin sonra Pol onu ayıldır. Artıq Samanta dirilmişdir. Pol onu Bi-Bi-ni idarə etdiyi pultla idarə etməyə başlayır.
Lakin robotun çatışmazlığı var idi. Bu çatışmazlıq özünü qızda da göstərir. Samantanın yavaş-yavaş huşu yerinə qayıdır. Onun atası tərəfindən necə döyüldüyü, Elviranın Bi-Bi-ni necə məhv etdiyi yadına düşür. Çünki, Samanta artıq yarı Samanta, yarı Bi-Bi robotdur.
Samanta atasının yaşadığı evə gəlir. Bundan qorxan atası qaçmağa başlayır. Lakin Samanta onu boğaraq içində alov olan yerə atır. Pol səhər tezdən Samantanın qaçdığını başa düşür. Onun dalınca bir neçə saat qaçdıqdan sonra bir evdən qara tüstü çıxdığını görür. Pol evə daxil olan zaman Samantanın atasını alov içində meyitini görür. Pol onu kömür olan yerə qoyur və Samantanı yenidən evinə aparır. Pol gecə vaxtı yuxusunda çarpayının içindən Samantanın atasının necə çıxdığını görür. Pol onun yanmış kəlləsini görərək qışqırmağa başalayır. Ayılan zaman Pol bunun bir yuxu oldğunu başa düşür.
Lakin bununla iş bitmir. Samanta qoca arvadı öldürmək niyyətindədir. Samanta qocanın evinə daxil olur. Bundan şübhələnən qoca polislərə zəng edir. Lakin polislər bunun yalan olduğunu fikirləşirlər. Bu zaman Samanta qocanın üzərinə hücum edir. Qocanın ona müqavimət göstərməsinə baxmayaraq, Samanta onun kəlləsini həmin basketbol topu ilə partladır. Bunu görən polislər vahiməyə gəlirlər. Pol isə bunun Samantanın etdiyini başa düşür.
Artıq Slaym bütün bunlara dözə bilmir. Polislərə zəng etmək niyyətindədir. Pol onunla mübahisə etməyə başlayır. Bu mübahisədə Slaym burnundan zədə alır. Samanta isə qaçmağa başlayır. Pol onun ardınca gedir. Pol yolda əvvəldə onu ələ salmağa çalışan, lakin buna icazə verməyən Bi-Bi robotunun qorxutduğu adamla rastlaşır. Həmin adam Polu döyməyə başlayır. Lakin buna Samanta icazə vermir. Bu zaman polislər də Samantanın izinə düşmüşdür. Samanta Polu döymək istəyən adamı polis maşınına çırpır. Samanta evinə qaçmağa, Pol isə onu yenidən izləməyə başlayır. Pol ona yetişən zaman polislər də onlara çatırlar.
Bu müddətdə Samanta insan kimi düşünməyə başlayır. Samanta Polun polislər tərəfindən saxlanıldığını və polislərin ona silah tuşladıqlarını görür. Samanta onların üzərinə hücum edir. Pol ona yetişə bilmir. Bu zaman Samanta polislərin başçısı tərəfindən güllə ilə vurulur və yerə yıxılır. Samanta ölür.
Filmin sonunda həkimlər tərəfindən Samantanın ölü bədəni buz olan yerə qoyulur. Bu zaman Pol yenidən gizlincə peyda olur. Pol onun bədənini ikinci dəfə qaçırmağı qərara alır. Lakin artıq Samantanın beyni ölüdür. Onun bədənini robot idarə edir. Robot Samantanın bədənindən çıxaraq Polu boğur və onu öldürür.
Rollarda Aktyor/aktrisa Rol Orijinal rolun adı Qeydlər Metyu Labortö Pol Konvey Əsərin baş qəhrəmanıKristi Svenson Samanta Prinq Polun sevdiyi qızEnn Remsi Elvira Parker Tələbələri cana gətirən qoca arvadMaykl Şarett Tom "Slaym" Tumi (Polun dostu) Polun ən yaxın dostuÇarlz Fleyşer BB robotun səsi BB robotunun səsini çıxardırEnn Tvumey Cini Konvey Polun anasıRiçard Markus Harri Prinql Samantanın atası Rus Marin Həkim Coanson HəkimCim İşida Həkim Filmin sonundakı Yapon həkimLi Pol Serjant Volçek Filmin sonunda Samantanı atəşlə vuran polisNensi E. Barr Robot Filmin sonunda Samantanın üzü əriyəndə (həmin üzlü adam)
Alternativ versiyalar Warner Bros. kompaniyasl 25 sentyabr 2007-ci ildə DVD-də filmin alternativ və kəsilmiş hissələrini istehsal edib. Filmin alternativ versiyalarıÖlümcül dost filminin alternativ versiyaları Yoxlanılıb: 24 sentyabr 2014 aşağıdakılardır: Film ilk dəfə Kanadanın Ontario şəhərində göstərilən zaman Samantanın Elviraya vurduğu "Basketbol ölümü" adlanan səhnəsi göstərilmişdir. Filmin kəsilmiş hissələri: İlk versiyaya görə, Pol Samantanın atasından fikirləşəndə, onun atasının bütün yanmış bədənini görür. Lakin son versiyaya görə, Samantanın atasının bütün bədəni yox, yalnız yanmış başı göstərilmişdir. Samanta atası ilə mübahisə edən zaman güldanı sındıran zaman üzü böyük planda qanla göstərilir. Pol Samantanın bədəninin baş hissəsini çıxaran zaman üzünün skeletləri görsənməyə başlayır. "Basketbol ölümü" adlanan qəmgin səhnə nisbətən böyük planda göstərilmişdir ki, beyinin divara dağılmış bütün hissələri görsənsin. Qan Samantanın üzünə tökülür. Filmin bütün kəsilmiş hissələri, VHS formatı və filmin rejissor versiyası Avstraliyada göstərilmişdir.
Maraqlı faktlar Filmin sonuna yaxın Samanta Polu döymək istəyən adamı başı üzərinə qaldırarkən, gözucu görmək olar ki, həmin adam nəyinsə üzərində qalıb.Ölümcül dost filmi haqqında maraqlı faktlar Yoxlanılıb: 24 sentyabr 2014 Film çəkilən zaman Ues Kreyven həyat yoldaşından Mimi Kreyvendən ayrılmışdır.
Mükafatlar Filmin mükafatlarıÖlümcül dost filminin mükafatları Yoxlanılıb: 24 sentyabr 2014 aşağıdakılardır: İlMükafatLayiq görülübKateqoriyaNəticə 1985 Cavan Aktyor Mükafatı Maykl Şarett Qorxulu Hərəkət Filmində Ən Yaxşı Cavan Aktyor mükafatı 1985 Cavan Aktyor Mükafatı Kristi Svenson Qorxulu Hərəkət və Drama Filmində Favarit Yeniyetmə mükafatı
Saundtrek Filmin musiqiləri Çarlz Börnşteynnə məxsusdur. 2007-ci ildə DVD-də çıxan zaman filmin saundtreklərinə yeni "Interview with Charles Bernstein and Wes Craven" adlı saundtreklər toplusu əlavə olunub. Topluya daxil olan saundtreklər Çarlz Börnşteyn və Ues Kreyvenin müsahibə zamanı səslənirdi.Ölümcül dost filminin saundtrekləri Movemusic.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014Ölümcül dost filminin saundtrekləri Diskogs.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014
Orijinal saundtrek
Əlavə olunmuş yeni saundtreklər
Ölkələrdə çıxış tarixi və adı ÖlkəÇıxış tarixiAdıDil Azərbaycan Rəsmi çıxış tarixi yoxdur Ölümcül dost Azərbaycan dili ABŞ 10 oktyabr 1986 Deadly Friend İngilis dili Argentina 11 dekabr 1986 Obsesión fatal İspan dili AFR 12 fevral 1987 Der tödliche Freund Alman dili Avstraliya 1 yanvar 1987 Deadly Friend İngilis dili Fransa 21 yanvar 1987 L'amie mortelle Fransız dili Braziliya 30 aprel 1987 A Maldição de Samantha Portuqal dili Böyük Britaniya Rəsmi çıxış tarixi yoxdur Deadly Friend İngilis dili Polşa Rəsmi çıxış tarixi yoxdur Przyjazn na smierc i zycie Polyak dili İtaliya Rəsmi çıxış tarixi yoxdur Dovevi essere morta İtalyan dili Finlandiya 27 mart 1987 Skräcket som granne Fin dili İspaniya 27 noyabr 1987 Amiga mortal İspan dili Sloveniya Rəsmi çıxış tarixi yoxdur Smrt po smrti Sloven dili Macarıstan Rəsmi çıxış tarixi yoxdur Halálos barát və ya Ösztöndíjjal a pokolba Macar dili Rusiya Rəsmi çıxış tarixi yoxdur Смертельный друг Rus dili Türkiyə Rəsmi çıxış tarixi yoxdur Ölümcül arkadaş və ya Öldüren SevgiliÖlümcül dost filmin çıxış tarixi və digər dillərdə adı Imdb.com saytında, Yoxlanılıb: 26 sentyabr 2014 Türk dili Yaponiya 28 fevral 1987 デッドリー・フレンド Yapon dili Meksika Rəsmi çıxış tarixi yoxdur Obsesión fatal İspan dili Kanada Rəsmi çıxış tarixi yoxdur L'amie mortelle (fransızca) İngilis dili Serbiya Rəsmi çıxış tarixi yoxdur Smrtonosni prijatelj Serb dili Portuqaliya 13 fevral 1987 O Amigo Mortal Portuqal dili Yunanıstan Rəsmi çıxış tarixi yoxdur Thanasimos filos Yunan dili Peru Rəsmi çıxış tarixi yoxdur Obsesión fatal İspan dili İsveç Rəsmi çıxış tarixi yoxdur Skräcket som granne İsveç dili Niderland Rəsmi çıxış tarixi yoxdur Afbeelding gewenst Holland dili
Ədəbiyyat Henstell, Diana. "Friend". (New York City, New York, USA), Bantam Books, October 1985, Pg. 323,
İstinadlar
Xarici keçidlər
Ölümcül dost filmi devildead.com Ölümcül dost filmi jigsawslair.blogspot.com Ölümcül dost filmi rottentomatoes.com
Kateqoriya:1986-cı ilin qorxu filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:Ues Kreyvenin filmləri Kateqoriya:Robot filmləri Kateqoriya:İnformatika haqqında filmlər Kateqoriya:ABŞ-nin elmi-fantastika qorxu filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:ABŞ-nin qorxu romanlarına əsaslanan filmlər Kateqoriya:Uşaqlara qarşı zorakılıq haqqında filmlər Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:Filmlərə adaptasiya olunmuş ABŞ romanları