Məzmun Filmdə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı, "Gülüstan" Folklor Teatrının kollektivi iştirak edir.

Ocaq hər bir evin işığı və istiliyi deməkdir – unudulmaz uşaqlıq dövrünün dünyasıdır, bayram sevincidir. Bu həm də əsrlərin dərinliyinə gedib çıxan xalq mədəniyyət ənənələrinin qoruyucusu və məşəlidir.

Filmdə müxtəlif qədim xalq oyunları – maral oyunu, zopu-zopu, duvaqqapma oyunları öz əksini tapmışdır. Yallı ehtiraslı, coşğun rəqsdir. Xalq bayramlarına adətən bu rəqslə yekun vurulur, filmə də o cümlədən. Bu rəqsdə hamı – qocalar da, cavanlar da iştirak edirlər.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Azər Zamanlı Ssenari müəllifi: Azər Zamanlı Operator: S.Bədəlov Rəssam: Azər Zamanlı Səs rejissoru: Tofiq Babayev Musiqi tərtibatı: Ə.Ələkbərov Rəqs quruluşçusu: A.Hüseynov

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri