Azərbaycan Komunist Partiyası və ya qısaca AKP — Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi altında fəaliyyət göstərən və onun proqram vəzifələrini Azərbaycan Sovet Sosialist Respublikasında həyata keçirən siyasi partiya. 1952-ci ilədək Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və ya qısaca AK(b)P adlanmışdır.
Tarixi
Quruluşu və Aprel işğalı
left|thumb|300x300px|Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının II Qurultayı 1920-ci il fevralın 20-də Hümmət Partiyası (bolşeviklər qanadı), Ədalət Partiyası, Əkinçi Partiyası və Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin birləşməsiylə Mirzə Davud Hüseynovun rəhbərliyində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır.
İlk illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakıda şəhər və rayon partiya komitələri, eləcə də qəzalarda 14 qəza partiya komitəsi təşkil olunmuşdu. 1920-ci ilin yanvarından Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı komitəsi yanında Əliheydər Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə "operativ qərargah" fəaliyyət göstərirdi. 1920-ci il aprelin 24-dən isə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin hərbitexniki komissiyası silahlı üsyana hazırlığı öz üzərinə götürdü. Partiyanın erməni daşnak üzvləri Azərbaycanın müxtəlif bölgələrində milli hökumətə qarşı təxribatçı dəstələrin təşkilində xüsusi fəallıq göstərirdilər. 1920-ci il aprelin 24-də Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi və Bakı komitəsinin birgə qərarı ilə Bakı rayonunun partiya təşkilatlarında hərbi vəziyyət elan edildi və bu təşkilatlarda birləşmiş bolşeviklər tam döyüş hazırlığına gətirildi. Silahlı üsyana rəhbərlik döyüş qərargahına tapşırıldı, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi və Bakı komitələri bütünlüklə qərargaha tabe edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində və 11-ci Qırmızı Ordunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı qırğınlarda AK(b)P fəal rol oynadı.
16 oktyabr 1920-ci ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının II Qurultayı keçirilmişdir. thumb|Atılan və cırılan partiya biletləri
Sovet dövrü Aprel işğalından sonra Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Azərbaycanda yeganə hakim və leqal partiya oldu. Azərbaycanın hər yerində inqilab komitələri yaradılmış, milli müstəqillik şüurunu məhv edən kommunist diktaturası formalaşdırılmışdı.
23 sentyabr 1952-ci il tarixində keçirilən XIX qurultayda partiyanın adından "bolşeviklər" sözü çıxarıldı.
Son dövrü və ləğvi
1988-ci ildə başlanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Sovet İttifaqı Kommunist Partiyasının tutduğu mövqe Azərbaycan Milli Azadlıq Hərəkatının genişlənməsinə gətirib çıxardı. Bunun qarşısını almaq məqsədilə 1990-cı ildə Mərkəz Bakıya qoşun yeridərək qırğın törətdi. Bu hadisələrdən sonra Azərbaycan Kommunist Partiyasına olan etimad itirilmiş və minlərlə kommunist partiya sıralarını tərk etmişdi.thumb|Azərbaycan vətəndaşları partiya biletlərindən imtina edir.
1991-ci il avqust qiyamından sonra yaranmış mürəkkəb siyasi şərait fonunda Azərbaycan Kommunist Partiyasının mövqeyi xeyli zəifləmişdir. 24 avqust 1991-ci ildə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında siyasi partiyaların və siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların təşkilat strukturlarının fəaliyyətinə xitam verilmişdir. İki gün sonra, 26 avqustda bu qadağa dövlət orqanlarına, müəssisə, idarə və təşkilatlara da şamil edilmişdir.
26 avqustda Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika ərazisində Azərbaycan Kommunist Partiyasının və komsomolun fəaliyyəti dayandırılmış, onların təşkilat strukturları ləğv edilmişdir. 27 avqustda isə Azərbaycan Kommunist Partiyasının əmlakı bölüşdürülmüşdür. Belə ki, V. İ. Lenin Muzeyinin binası Muzey Mərkəzinin yaradılması üçün Mədəniyyət Nazirliyinə, Bakı Şəhər Partiya Komitəsinin binası R. Mustafayev adına İncəsənət Muzeyinə, Siyasi Maarif Evi Bakı Şəhər İcraiyyə Komitəsinə, "Kommunist" nəşriyyatının binası isə Dövlət Mətbuat Komitəsinə verilmişdir.
Bununla belə, formal olaraq fəaliyyətini davam etdirən Azərbaycan Kommunist Partiyası 14 sentyabr 1991-ci ildə keçirilən XXXIII (fövqəladə) qurultayında özünü buraxmışdır.
Üzvləri 1920-ci ilin əvvəlində üzvlərinin sayı 20-yə yaxın idi, 1987-ci ilin yanvarında isə Azərbaycan Kommunist Partiyasının üzvlərin sayı 384100 nəfərə çatdı. Qara Yanvardan sonra Sovet İttifaqı Kommunist Partiyası öz etimadını itirdi və minlərlə adam onun sırasından çıxırdı.
Qurultaylar Qurultaylar Azərbaycan Kommunist Partiyasının ali orqanı kimi sayılmışdır. Fəaliyyətində Sovet İttifaqı Kommunist Partiyası və onun rəhbər orqanları əsas tutub. Azərbaycan Kommunist Partiyası qurultayları Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Mərkəzi Nəzarət Komitəsinin və Təftiş Komissiyasının hesabatlarını dinləyib, partiya, təsərrüfat və mədəni quruculuq məsələlərini müzakirə edib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Təşkilat Komitəsi və Sovet İttifaqı Kommunist Partiyası qurultayına nümayəndələr seçilib.thumb|Azərbaycan Kommunist Partiyası XXX qurultayı
Konfranslar Konfranslar respublika partiya təşkilatın ali orqanı olub, qərarlar qəbul edirdi, partiya komitələri seçirdi. 1923-cü ildən konfransların rolu Mərkəzi Komitəsinin plenumlarına keçib.
Təşkilatlanma
Mərkəzi Komitə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycan Kommunist Partiyasının qurultaylararası ali orqanı olmuşdur. Mərkəzi Komitə müntəzəm plenumları keçirib, plenumlarda Mərkəzi Komitəsinin üzvü həlledici səslə iştirak edib, Mərkəzi Komitəsinə namizəd olan şəxslər isə məşvərətçi səslə. Mərkəzi Komitəsi plenumlarda Azərbaycan Kommunist Partiyasının Büro və katiblik seçilirdi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin quruluşuna "Kommunist" nəşriyyatı, "Kommunist" və "Bakinski raboçi" qəzetləri, Bakı Ali Partiya Məktəbi, Partiya Tarixi və Marksizm-Leninizm İnstitutları girirdi.
Bölgələrdə 1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının Ağdaş, Gəncə, Göyçay, Cəbrayıl, Qazax, Qubadlı, Quba, Lənkəran, Nuxa, Salyan, Tovuz, Şamxor, Şamaxı və Şuşa Qəza Partiya Komitələri yaradılmışdır. 1922-ci ildə Cavanşir, Naxçıvan və Şərur-Dərəlyəz , 1923-cü ildə isə Ağdam və Kürdistan Qəza Partiya Komitələri və Dağlıq Qarabağ Vilayət Partiya Komitəsi yarandı. 1923-cü ildə Cavanşir, Qubadlı, Naxçıvan,Tovuz, Şərur-Dələyəz və Şuşa Qəza Partiya Komitələri ləğv olundu.
1925-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının inzibati bölgüsündə dəyişiliklər yol verdi. Baş-Noraşen, Culfa, Əbrəqunis, Qıvraq, Nərimanov, Ordubad, Paraqa və Tümbül Dairə Partiya Komitələri yaradıldı. 1926-cı ildə Ağdaş və Şamxor Qəza Partiya Komitələri ləğv olundu.
1929-cu ildə isə bütün qəzalar ləğv olunaraq və yeni dairələr yaradılır. Bu dairələrdə Gəncə, Kürdistan, Qarabağ, Quba, Lənkəran, Muğan, Şuşa, Zaqatala və Zaqatala-Nuxa Dairə Partiya komitələri yaradıldı.
1930-cu ildə bütün dairələr ləğv olunur, rayonlar təşkil edilib. 1930-cu ildə Ağdam, Ağdaş, Ağsu, Astara, Babək, Balakən, Bərdə, Biləsuvar, Cəbrayıl, Culfa, Çuxurabad, Daşkəsən, Əbrəqunis, Əliabad, Əli-Bayramlı, Əsgəran, Füzuli, Gədəbəy, Göynük, Qaraməryəm, Qarasu, Qasım İsmayılov, Hacıkənd, Hadrut, Xanlar, Xaçmaz, Xəzri, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Qonaqkənd, Qutqaşen, Mərəzə, Quba, Qubadlı, Laçın, Lerik, Lənkəran, Martuni, Masallı, Vartaşen, Ordubad, Saatlı, Sabirabad, Salyan, Samux, Səfərəliyev, Şahbuz, Şamaxı, Şəmkir, Şuşa, İliç, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zəngilan Rayon Partiya Komitələri yaradılmışdır.
1931-ci ildə Ağsu, Mərəzə, Qubadlı, Tərtər, Hacıkənd, Əliabad, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Xəzri Rayon Partiya Komitələri ləğv olunmuş, İsmayıllı, Qusar, Şəki, Şaumyan, Gəncə Partiya Komitələri yaradılmışdır.
1933-cü ildə Qubadlı, 1934-cü ildə Tərtər, 1935-ci ildə Yevlax və Zərdab, 1939-cu ildə Ağstafa, Beyləqan, Hacıqabul, Ucar və Xıllı, 1940-cı ildə Neftçala və Siyəzən, 1943-cü ildə Ağsu, Mərəzə, Xaldan və Xudat Rayon Partiya Komitələri yaradılmışdır.
1949-cu ildə Əbrəqunis, 1954-cü ildə Samux Rayon, 1956-cı ildə Xızı, 1959-cu ildə Ağstafa, Hacıqabul, Mərəzə, Neftçala, Siyəzən, Qonaqkənd, Səfərəliyev və Xudat Rayon Partiya Komitələri ləğv olunmuşdur.
1953-cü ildə bir sıra rayonlar Bakı və Gəncə vilayətlərinə birləşib, Bakı və Gəncə Partiya Vlayət Komitələri yaranıb. 1954-cü ildə isə ləğv olunmuşdur.
1963-cü ildə Ağcabədi, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Qasım İsmayılov, Xaçmaz, Qax, Qutqaşen, Qubadlı, Ordubad, Saatlı, Dəvəçi, Şəki, Tərtər, Tovuz, Yevlax, Zərdəb, Şuşa, Şahbuz, Əli-Bayramlı Rayon Partiya Komitələri ləğv olunmuş, Abşeron Rayon Partiya Komitəsi isə ləğv olunmuştur.
1964-cü ildə Biləsuvar, Cəbrayıl, Qasım İsmayılov və Qubadlı, 1965-ci ildə Ağcabədi, Ağsu, Astara, Balakən, Beyləqan, Daşkəsən, Qax, Qutqaşen, Ordubad, Saatlı, Dəvəçi, Şəki, Tərtər, Tovuz, Yevlax, Zərdab, Şuşa, Şahbuz, Əlibayramlı Rayon Partiya Komitələri yaradılmışdır. 1990-cı ildə isə Ağstafa, Hacıqabul, Xızı, Mərəzə Rayon Partiya Komitələri yaradılmış, Əli Bayramlı Rayon Partiya Komitəsi isə ləğv olunmuşdur.
Əlavə olaraq Azərbaycanda olan respublika tabeli şəhərlərdə öz partiya komitələri var idi. 1920-ci ildə Bakı, Kirovabad, 1924-cü ildə Naxçıvan, Stepanakert, Mingəçevir, 1953-cü ildə Sumqayıt, 1962-ci ildə Şəki, 1965-ci ildə Əli-Bayramlı, Yevlax, 1967-ci ildə Naftalan və 1971-ci ildə isə Lənkəran Şəhər Partiya Komitələri yaradılmışdır.
Rəhbərlər
Rəyasət Heyətinin sədrləri №SədrSəlahiyyət müddətiPortretAdıSəlahiyyətlərin başlanğıcıSəlahiyyətlərin sonu 1 Mirzə Davud Hüseynov28 aprel 192023 iyul 1920 280pxViktor Naneyşvili23 iyul 19209 sentyabr 1920 380pxYelena Stasova9 sentyabr 192015 sentyabr 1920 480pxVladimir Dumbadze15 sentyabr 192024 noyabr 1920
İcraçı katiblər №KatibSəlahiyyət müddətiPortretAdıSəlahiyyətlərin başlanğıcıSəlahiyyətlərin sonu 180pxQriqori Kaminski24 oktyabr 192024 iyul 1921
Mərkəzi Komitənin birinci katibi №Birinci katibSəlahiyyət müddətiPortretAdıSəlahiyyətlərin başlanğıcıSəlahiyyətlərin sonu 280pxSergey Kirov24 iyul 19215 yanvar 1925 3 Ruhulla Axundov5 yanvar 192521 yanvar 1926 480pxLevon Mirzoyan21 yanvar 192611 iyul 1929 580pxNikolay Gikalo11 iyul 19295 avqust 1930 680pxVladimir Polonski5 avqust 19307 fevral 1933 7Ruben Rubenov7 fevral 193310 dekabr 1933 880pxMir Cəfər Bağırov10 dekabr 19336 aprel 1953 980pxMir Teymur Yaqubov6 aprel 195317 fevral 1954 1080pxİmam Mustafayev17 fevral 195410 iyul 1959 1180pxVəli Axundov10 iyul 195914 iyul 1969 1280pxHeydər Əliyev14 iyul 19693 dekabr 1982 1380pxKamran Bağırov3 dekabr 198221 may 1988 1480pxƏbdürrəhman Vəzirov21 may 198825 yanvar 1990 15 Ayaz Mütəllibov25 yanvar 199014 sentyabr 1991
Seçkilərdə Azərbaycan SSR Ali Sovetinin VIII çağırışında 269, IX çağırışında 277, X çağırışında və XI çağırışında 311 partiya üzvü deputat seçilmişdir. AKP təkpartiyalı olmayan, ictimai təşkilatların, başda Azərbaycan Xalq Cəbhəsinin qatıldığı ilk seçki olan 1990-cı il Azərbaycan SSR Ali Sovetinə seçkilərdə üstünlük təşkil edərək 360 yerdən 280 yeri qazandı.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:20 fevralda yarananlar Kateqoriya:Azərbaycan Sovet Sosialist Respublikası Kateqoriya:Azərbaycandakı kommunist partiyalar Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1991-ci ildə ləğv olunanlar Kateqoriya:Azərbaycan Kommunist Partiyası (1920) Kateqoriya:1991-ci ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:Birpartiyalı sistemdə hakimiyyətdə olmuş siyasi partiyalar