Üzeyir İbrahimov () — Azərbaycan qapıçı məşqçisi, qapıçı mövqeyində çıxış etmiş keçmiş futbolçusu. Hal-hazırda Azərbaycanın U-19 Milli yığma komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışır.
Həyatı Üzeyir İbrahimov 18 yanvar 1984-cü ildə Laçın rayonunda anadan olub. 1998-ci ildə yeniyetmələr arasında ölkə çempionu, 2000-ci ildə ölkə çempionatının bürünc mükafatçısı olub.
2004–2006-cı illərdə "Neftçi" FK-nın yeniyetmə komandalarının qapıçılar üzrə məşqçisi işləyib. 2007–2017-ci ildə "İnter" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2017–2018-ci ildə "Keşlə" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin "Maliyyə və kredit" fakültəsini bitirmişdir. UEFA-nın qapıçı məşqçiləri üçün "A" lisenziyalarına malikdir.
2010–2012-ci ildə Azərbaycanın U-17 yığma komandasında qapıçıların məşqçisi vəzifəsində işləyib. 2011-ci ildən bu günə kimi Azərbaycanın müxtəlif yaş yığma komandalarında qapıçılar üzrə məşqçi vəzifəsində çalışır. Hal-hazırda Azərbaycanın U-19 Milli yığma komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şamaxı FK məşqçiləri Kateqoriya:Azərbaycan Beynəlxalq Universitetinin məzunları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları