Bayramov Əli Məhəmməd oğlu () — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri (2007–2014).
Həyatı Əli Bayramov 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində аnаdаn оlmuşdurEldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı: "Təbib", 1999, səh.361..
Dоğmа Şişqаyа kənd оrtа məktəbini bitirmiş və təhsilini dаvаm еtdirmək üçün Bаkı şəhərinə gəlmişdir.
1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir.
1984-cü ildən Dövlət Maddi Texniki Təchizat Komitəsində (Material Ehtiyatları Nazirliyi) müxtəlif vəzifələrdə çalışmışdır.
1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur.
2007-ci ildən Əli Bayramov Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışmış və 21 may 2014-cü ildə vəzifəsindən azad olunmuşdur.
Əli Bayramov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında İsmət Abasov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. Tədbirdən sonra Əli Bayramov anadan olduğu Şişqaya kəndinə gedib.
Ailəsi Ailəlidir, üç övladı var.
Mükafatları 2013-cü ildə Əli Bayramov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna əsasən əməli uğurları və vətəndaşlıq mövqeyinə görə "İlin Adamı" media mükafatına layiq görülmüşdür.
İstinadlar
Həmçinin bax Şişqaya Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti İstehsalat qabaqcılı, kolxoz sədri Mikayıl Bayramov əmisidir. Həkim-travmatoloq, orteped Mehman Bayramov əmisi oğludur. Qarabağ müharibəsi şəhidi Tahir Bayramov kiçik qardaşıdır.
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:Göyçədə doğulanlar